403
Ibtidai cəmiyyətdə insanlar qəbilə və tayfa halında yaşamışlar.
Müasir antropologiya, etnoqrafiya və arxeologiya elmləri sübut edir ki,
ibtidai insanlar sürü halında yaşayırdılar. Çox keçmədən sürü qəbilə ilə
əvəz olunmuşdur. Qəbilə- insanların qan qohumluğu, mənafe ümumiliyi,
yaşayış məskəni, dil, adətlər və e
'
tiqadlar ümumiliyi əsasında yaranan bir-
lik formasıdır. Hər bir qəbilə öz tərkibində təxminən 30- 50 nəfəri əhatə
edirdi. Onlar vahid yaşayış məskəninə, eyni fəaliyyət növlərinə (əsasən
ovçuluq və balıqçılıq), məişətə və mədəniyyətə malik olmuşlar.
Qəbilə
qədim cəmiyyətin çoxfunksiyalı özəyi rolunu oynamışdır
. Onun iqtisa-
di əsasını ov aparılan ərazilər, balıq hövzələri üzərində icma mülkiyyəti
təşkil edirdi. Qəbilə icması üzəvlərinin mənşəyi əvvəllərdə ana xətti (ma-
triarxat)ilə müəyyən olunurdu, sonralar isə o ata xətti (patriarxat) ilə əvəz
edildi.
Ibtidai icma quruluşu inkişaf etdikcə qəbilələrin tərkibində
insanların sayı artırdı. Sonralar onların ayrılması baş verdi və nisbətən
yüksək birlik forması olan tayfa təşəkkül tapdı. Bu prosesin əsasında bir-
birilə qohum olan bir neçə qəbilənin birləşməsi dururdu.
Tayfanın əsas
əlamətləri aşağıdakılardır: öz adının olması, dil və ərazi ümumiliyi,
ümumi adətlər və dini e
'
tiqadlar, vahid mədəniyyət ünsürləri.
Hər bir
tayfa iki və daha çox qəbilənin birləşməsindən yaranırdı. Onun tərkibində
bir neçə yüz nəfərdən tutmuş, min nəfərdən də çox adam əhatə olunurdu.
Tayfanın daxilində hər bir qəbilə müstəqil sosial- istehsal vahidi
funksiyasını davam etdirirdi. Qəbilə kimi tayfa da insanların qan
qohumluğuna əsaslanırdı. Bununla yanaşı tayfa ictimai həyat təşkilinin
yeni formasını da yaratdı: bu tayfa mülkiyyətinin meydana gəlməsidir.
Tayfa mülkiyyəti yaşayış məskənini, ov ərazilərini, ümumi otlaqları və
sair faydalı torpaq sahələrini əhatə edirdi. Cəmiyyətdə idarə etmənin
təkmilləşməsinə olan tələbat nəticəsində qəbilə rəhbəri, kahinlər, hərbi
mə
'
murlar, habelə qəbilə şurası yarandı.
Qəbilə və tayfa birlik formaları qədim insanların təsərrüfat
fəaliyyəti və mədəniyyətinin inkişafına şərait yaradırdı. Bununla birlikdə
qan qohumluğu əlaqələri tayfa kollektivlərinin sayca artımını
məhdudlaşdırırdı, ünsiyyəti və insanların gediş- gəlişini çətinləşdirirdi,
iqtisadiyyatın inkişafını ləngidirdi. Qəbilə- tayfa münasibətlərində baş
verən ziddiyyətlər bu birlik formalarının yeni, daha mütərəqqisi ilə əvəz
olunması zərurətini meydana gətirirdi. Təsərrüfat funksiyalarından ailə
funksyalarının
qopub
ayrılması,
ailə-
nigah
münasibətlərinin
təkmilləşməsi gedişində bu zərurət daha artıq dərəcədə hiss olunurdu.
Dostları ilə paylaş: