Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə451/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   447   448   449   450   451   452   453   454   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Dördüncü əlaməti
xalqın milli mentalitetində təsbit olunan psixiki 
həyat tərzinin ümumi cəhətləri təşkil edir. Bu o deməkdir hər bir millətin 
psixiki tərzi onun milli məişət xüsusiyyətlərində, xislətində, vərdişlərində, 
maraqlarında, mahnı, rəqs və folklorunda təzahür edir. 
Millətyaradıcı əlamətlərdən danışarkən 
milli mənlik
şüuruna
xüsusi diqqət yetirilməlidir. Onun məzmununda millətin şüurlu surətdə öz 
varlığını, etniki mənsubiyyətini dərk etməsi əsas yeri tutur. Yuxarıda sada-
lananlardan fərqli olaraq bu əlamət öz təbiətinə görə subyektiv xarakter 
daşıyır. Bu səbəbdən də bə
'
zən ona lazımi əhəmiyyət verilmir. Əslində isə 
o, millətin çox mühüm göstəricisidir. Çünki, real mövcud olan və normal 
fəaliyyət göstərən əsl millətdən yalnız o vaxt danışmaq olar ki, həmin 
millətin obyektiv əlamətləri, onun dəqiq ifadə olunmuş milli mənlik şüuru 
ilə tamamlanmış olsun. Milli mənlik şüuru öz daxili məzmunu və struktu-
runa görə mürəkkəb hadisədir. Burada aşağıdakılar əsas yeri tutur: xalqın 
öz keçmişini bilməsi və ona hörmətlə yanaşması (buna bə
'
zən tarixi 
yaddaş da deyilir); milli ən
'
ənələrin və dilin qorunmasına daim qayğı 
göstərilməsi; milli şərəf və milli ləyaqət hissinin yüksək tutulması. 
Milli mənlik şüurunun formalaşması obyektiv və subyektiv 
amillərin birgə tə
'
siri altında baş verir
. Bu münasibətdə göstərilməlidir 


406 
ki, 
müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının milli mənlik 
şüuru keyfiyyətcə yeni sosial əsasda formalaşmağa başlamışdır
. Bu 
dövrdə yeridilən düzgün milli siyasət, xalqın tarixinin, mədəniyyətinin və 
dilinin qorunmasına daimi qayğı göstərilməsini ifadə edən tədbirlərin 
həyata keçirilməsi, xalqımızın milli mənlik şüurunun formalaşmasına 
sür
'
ətləndirici tə
'
sir göstərir. Respublikamızın milli dövlət quruculuğu yo-
lunda atdığı ardıcıl addımlar qeyd olunan prosesin intensiv getməsinə 
şərait yaradır. 
Milli mənlik şüuru millətçilik ilə əlaqəlidir. Lakin bu əlaqələri bəsit 
anlamaq doğru deyildir. Milli mənlik şüuru mütərəqqi millətçiliyi, yə
'
ni 
milli ləyaqətin və spesifik milli varlığın qorunmasına yönələn millətçiliyi 
qəbul edir. Lakin millətçiliyin ifrat səviyyəsi, milli əlahiddəlik təbliği, 
milli istisnalıq, həqiqi milli mənlik şüuruna yaddır. Təsadüfi deyildir ki, 
millətçiliyin mənfi təzahürləri (şovinizm, irqi ayrıseçkilik, faşizm, 
soyqırım, milli münasibətlərdə plüralizmin və demokratizmin qarşısının 
alınması və sair) hazırda əksəriyyət tərəfindən pislənilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin