Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Müasir dövrdə dünyanın bir çox yerlərində müxtəlif milli



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə452/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   448   449   450   451   452   453   454   455   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Müasir dövrdə dünyanın bir çox yerlərində müxtəlif milli 
proseslər gedir
. Onların əsas istiqamətləri aşağıdakılardır: bir sıra xalqlar 
öz milli dövlətini yaratmaq uğrunda mübarizə aparırlar; iki dövlətə 
bölünmüş xalqlar birləşməyə doğru cəhd göstərirlər; bə
'
zi unitar 
dövlətlərdə etnik prinsip üzrə federativ strukturlar yaranır; keçmiş federa-
siyalar müstəqil milli dövlətlərə parçalanırlar. 
5. Cəmiyyətin demoqrafik strukturu.
Cəmiyyətin sosial həyatı onun demoqrafik göstəricilərindən 
ayrılmazdır. Sonuncuların ümumi məzmunu haqqında yuxarıda sosial 
strukturun tərkibini səciyyələndirərkən danışmışdıq. Indi isə demoqrafik 
strukturun əsas tərkib hissələrinin sosial sistemdə yerini nəzərdən keçirək. 
Sosial- demoqrafik amillər sırasında birinci 
yeri əhali artımı tutur

Çünki insan nəslinin istehsalı və təkrar istehsalı olmadan nəinki təkcə so-
sial sferanın, həm də ümumilikdə cəmiyyətin mövcudluğu ağlasığmazdır. 
Odur ki, ayrıca bir ölkədə, regionda və bütövlükdə Yer kürəsində əhali 
artımı ilə bağlı problemlər çox mühümdür. 
Əhali artımının normal 
səviyyədə olması, cəmiyyətin mövcudluğu və inkişafının zəruri 
şərtidir.
Əhalinin ümumi sayı, sıxlıq dərəcəsi, artım göstəriciləri, cinsə və 
yaşa görə tərkibi, psixiki və fiziki sağlamlığı, «miqrasiya prosesləri» icti-


407 
mai inkişafın sür
'
ətinə əhəmiyyətli tə
'
sir göstərir. Məsələn, ölkə əhalisinin 
sayının normal hədd daxilində olması onun iqtisadi, sosial və mə
'
nəvi 
həyatının vahid orqanizm kimi nizamlı fəaliyyətini tə
'
min edən 
amillərdəndir. Əhalinin sayı optimal göstəricilərdən aşağı olduqda 
istehsalın ixtisaslaşdırılması və kooperasiyası, mübadilə və istehlakın 
aparılması üçün əlverişsiz şərait yaranır. Eynilə də əhalinin sayının həddən 
artıq çox olması arzuedilməzdir. Bu halda qida məhsulları ilə tə
'
minat, 
təbii və enerji ehtiyatları, əhalinin məşğuliyyəti və sair ilə bağlı problemlər 
qarşıya çıxır. 
Əhalinin sıxlığı göstəriciləri də iqtisadiyyata və mədəniyyətin 
inkişafına mühüm tə
'
sir edir. Əhalisi lazım olduğundan seyrək olan 
yerlərdə əmək bölgüsünün həyata keçirilməsi çətinləşir, natural təsərrüfat 
üstünlük təşkil edir, informasiya və nəqliyyat infrastrukturunu inkişaf 
etdirmək əlverişli olmur. 
Cəmiyyətin inkişafına ən güclü tə
'
sir göstərən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin