demoqrafik amil əhali artımının sür ' ətidir . Bu amil o dərəcədə mühümdür ki, onun həm
aşağı səviyyədə olması, həm də həddən artıq səviyyədə olması cəmiyyətin
normal inkişafına ciddi əngəl törədir. Birinci halda işçi qüvvəsinin təkrar
istehsalı zəifləyir, milli məhsul və milli gəlir azalır. Belə vəziyyət fasiləsiz
davam etdikdə daha ciddi nəticələr törədir: millətin depopulyasiyası
(sür
'
ətlə azalması) və gələcəkdə məhv olmaq təhlükəsi yaranır. Ikinci hal-
da, yə
'
ni əhali artımının həddən ziyadə yüksək tempdə olması da
iqtisadiyyatı zəiflədir, çünki məcmu məhsulun və milli gəlirin çox hissəsi
yeni doğulanların fiziki cəhətdən saxlanılmasına sərf olunur.
Əhali artımının normal sür
'
ətinin tə
'
min olunmasına
cins və yaş göstəricilərinin nisbəti güclü tə ' sir edir . Bu münasibətdə özünü göstərən
əyintilər əhali artımı vasitəsilə cəmiyyətin həyat fəaliyyətinin bütün
tərəflərində əks olunur. Məsələn kişilərlə qadınların say nisbətinin
pozulması müvafiq olaraq ya kişilərin «artıqlığı», ya da qadınların
«artıqlığı» ilə nəticələnir. Hər iki halda cəmiyyətin normal inkişafı
ləngiyir.
Demoqrafik
amillərdən
biri
də
əhalinin miqrasiyası (mütəhərrikliyi) hesab olunur. Əlbəttə əhalinin miqrasiyası bütövlükdə
müsbət rol oynayır. Belə ki, o əhalinin ölkə məkanında az çox bərabər
səviyyədə yerləşməsini, əmək ehtiyatları artıq olan rayonlar ilə bu
göstəricinin az olduğu rayonlar arasında tarazlıq yaradılmasını tə
'
min edir.
Bununla belə kortəbii miqrasiya arzuolunmaz nəticələr törədir. Məsələn,
kənddən şəhərə köçənlərin sayı həddindən artıq olduqda əhalinin «nisbi
qocalması» deyilən təhlükə baş verə bilir. Yə
'
ni cavanlar, xüsusən də
oğlanlar şəhərə gəlirlər, yerlərdə isə əsasən yaşlılar və qızlar qalır.
408
Nəhayət ölkənin normal inkişafı baxımından əhalinin