Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Kapitalizm cəmiyyətində monoqam ailə daha da inkişaf edir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə456/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   452   453   454   455   456   457   458   459   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Kapitalizm cəmiyyətində monoqam ailə daha da inkişaf edir. 
Bu dövrdə ailədə qadının iqtisadi mustəqilliyi artmağa meyl edir. 
Bütövlükdə götürdükdə cəmiyyət inkişaf etdikcə ailə münasibətləri 
təkmilləşir, yeni mərhələyə yüksəlir. 
Ailənin əsasını ər ilə arvad arasında rəsmi qaydada bağlanılmış 
nigah əlaqələri təşkil edir
. Onlardan biri digərində öz həyatının 
tamamlayıcısını tapır. Nəticədə ər ilə arvadın həqiqi uyğunlaşması baş 
verir. Qeyd edək ki, ailədə şəxsiyyətlərarası uyuşma çox çətin və incə 
məsələdir. Həyatda, əmək fəaliyyətində, təhsildə, kommunikasiya 
prosesində ünsiyyətdə olan insanların bir- birilə uyuşma səviyyəsi 
müxtəlif olur. Şəxsiyyətlərarası uyuşma ünsiyyətdə, birgə fəaliyyətdə və 
yaxud ailədə qarşılıqlı qəbuletmə deməkdir. O dəyərlər oriyentasiyasının 


410 
optimal əlaqələndirilməsinə, sosial və əxlaqi mövqelərə, zövq 
ümumiliyinə, temperament və xarakter göstəricilərinə, emosional və intel-
lektual tərəflərə əsaslanır. Ailədə ər ilə arvadın bir- birilə uyuşması, 
qarşılıq razılıq və qane olma, psixoloji, fizioloji və digər incəliklərlə 
bağlıdır. 
Ailədə şəxsiyyətlərarası uyuşma olduqda qarşılıqlı rəğbət, 
hörmət və münasibətlərin gələcəkdə də e
'
tibarlı olacağına tə
'
minat 
yaranır. 
Ailənin əsasını nigah təşkil edir. Nigah ər ilə arvad arasındakı 
münasibətləri və onların qarşılıqlı öhdəliklərini hüquqi yolla rəsmiləşdirən 
müqavilədir. Nigah sevgiyə və inama arxalandıqda daha möhkəm olur. 
Vaxtilə Hegel deyirdi ki, iki müxtəlif cinsin nümayəndəsi arasında nigah 
adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə və hətta mülki müqavilə 
də deyildir. O hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirən 
qarşılıqlı sevgi və inam əsasında yaranan mə
'
nəvi ittifaqdır.
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin