psixiki və fi- ziki sağlamlığı çox mühüm əhəmiyyətə malikdir. Əgər bu göstəricilər
aşağı səviyyədə olarsa, onda millətin genofondu təhlükə qarşısında qalır.
Yaxud da insanların orta ömür göstəricilərinin qısalması mənfi nəticələr
törədir. Müasir elmi- texniki tərəqqi şəraitində hər iki əyinti ictimai
inkişafda ciddi əngəllər yaradır.
Yuxarıda deyilənlər sübut edir ki, sosial həyatın və bütövlükdə
cəmiyyətin inkişafı üçün düzgün demoqrafik siyasət işləyib hazırlamaq və
həyata keçirmək çox vacibdir.
Hər bir cəmiyyətin özünün əhali artımı qanunları vardır. Bunlara
məhəl qoymamaq demoqrafik vəziyyətin pozulması ilə müşayiət olunur.
Bu münasibətdə göstərilməlidir ki, XVIII əsrdə ingilis iqtisadçısı
T.Maltusun irəli sürdüyü «əhali artımının əbədi qanunu» əsassızdır.
Həmin qanuna görə əhali artımı yüksək sür
'
ətlə (həndəsi silsilə ilə), onlar
üçün lazım olan qida məhsulları ilə ədədi silsilə ilə (zəif sür
'
ətlə) artır. Bu-
na bənzər mövqeyi müdafiə edən müasir neomaltusçuluq vəziyyətdən
çıxış yolunu doğumun sün
'
i surətdə azaldılmasında görür.
6. Ailə Cəmiyyətin sosial strukturunda ailə çox mühüm yer tutur. Hər
şeydən əvvəl o, cəmiyyətin və onun strukturunun təkrar istehsalının əsas
mənbəyidir.
Ailə sosial varlığın zəruri tərəfi, cəmiyyətin ilkin özəyidir. O, ərlə arvad arasında, habelə onlarla uşaqlar arasında və bütövlükdə
nəsillər arasındakı münasibətləri əhatə edir. Cinsə və yaşa görə əmək
bölgüsü, ev təsərrüfatının aparılması, məişətdə insanlar arasındakı
münasibətlər, yeni nəslin tərbiyəsi və sair məsələlərin həlli də ailə ilə sıx
bağlıdır. Bunlardan əlavə şəxsiyyətin fərdi inkişafında da ailənin rolu
böyükdür. Məhz burada uşaq dünyaya göz açır və ictimai həyata qədəm
qoyur, dili, sosial normaları və dəyərləri mənimsəyir. Deyilənlərdən aydın
olur ki, ailə sözün müəyyən mə
'
nasında tərbiyə ocağı, həyat təcrübəsinin
və müdrikliyin qazanılması və toplanılması məktəbidir.
Qeyd olunmalıdır ki, ailə birdən birə gəlib bu günkü səviyyəyə
çatmamışdır.