Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə450/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   446   447   448   449   450   451   452   453   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Millət həcmcə daha 
geniş birlik forması və keyfiyyətcə daha yüksək sosial hadisədir
. O 
mürəkkəb daxili struktura malikdir. Beləliklə millət aşağıdakı dörd əsas 
əlamət ilə səciyyələnir: 
Birincisi
ərazi ümumiliyidir. Bu əlamətin mühüm rolunu ondan 
görmək olar ki, böyük insan qrupları uzun illər ərzində məkan e
'
tibarilə
bir- birindən ayrılmış şəkildə yaşadıqda, onların eyni bir millətə 
mənsubiyyəti demək olar ki, aradan qalxır. Lakin eyni bir ərazidə yaşamaq 
da hələ özü- özlüyündə insanların vahid millət halında birləşməsi demək 
deyildir. Məsələn şərqi slavyan xalqları keçmiş SSRI- nin ərazisində uzun 
müddət məskunlaşmalarına baxmayaraq burada rus və ukrayna 
millətlərinin formalaşması yalnız son əsrlərdə, kapitalizmin inkişafı 


405 
nəticəsində baş vermişdir. Belorus millətinin təşəkkülü isə sovet 
dövründə olmuşdur. 
Ikinci əlamət
dil ümumiliyidir. Milli dil dedikdə ümumxalq 
danışıq dili, millətin bütün üzvlərinin başa düşdüyü və ədəbiyyatda 
möhkəm qərarlaşmış dil başa düşülür. Yalnız bu səviyyədə götürülən dil 
ümumiliyi bir millətin tərkibini əhatə edən milyonlarla və on milyonlarla 
insanın birgə iqtisadi, siyasi və mə
'
nəvi həyatını tə
'
min edə bilir. Lakin dil 
amilini mütləqləşdirmək doğru deyildir. Bə
'
zən belə olur ki, bir neçə xalq 
eyni bir milli dildə danışır. Məsələn ingilis dili ingiltərəlilərin, şimali 
amerikalıların və hətta Yeni Zelandiya əhalisinin vahid dilini təşkil edir. 
Yaxud da Almaniya və Avstriya xalqları alman dilində, ispanlar, 
meksikalılar və kubalılar isə ispan dilində danışırlar. Deyilənlər sübut edir 
ki, millətin dil ümumiliyi ərazi ümumiliyi ilə ayrılmaz vəhdətdə 
götürülməlidir. 
Millətin üçüncü və ən əsas əlaməti
iqtisadi həyat ümumiliyidir. 
Bu əlamət o demək deyildir ki, millətin bütün nümayədələri eyni bir 
məhsul istehsal edirlər. Iqtisadi həyat ümumiliyi ölkənin müxtəlif 
rayonları arasında təsərrüfat fəaliyyətinin ixtisaslaşdırılması və onlar 
arasında ticarət- mübadilə əlaqələrinin möhkəmlənməsi əsasında əmələ 
gəlir. Buna görə də belə düşünmək doğru olar ki, kapitalizmin təşəkkülü 
və inkişafı prosesində həm də millətin iqtisadi cəhətdən kopsolidiyası 
(birləşməsi) baş verir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   446   447   448   449   450   451   452   453   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin