Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


bazar qiymətlərinin sərbəstliyinə, tələb və təklifin rəqabət



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə447/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   443   444   445   446   447   448   449   450   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

bazar qiymətlərinin sərbəstliyinə, tələb və təklifin rəqabət 
mexanizminə əsaslanan bölgüsü ədalətlidir.
Deyilənlərdən aydın olur ki, bazar mexanizmində müxtəlif ictimai 
qruplar və ayrı- ayrı adamlar arasında gəlirlərdə müəyyən fərqlərin olması 
təbiidir. Bu fərqlilik iqtisadi inkişafa stimullaşdırıcı tə
'
sir göstərir. Lakin 
bu fərqliliyin müəyyən hədləri gözlənilməlidir. Əks halda əhalinin cüzi bir 
hissəsinin həddən artıq varlanması, əksər hissəsinin isə yoxsul, dilənçi 
vəziyyətinə düşməsi labüddür. Sosial ədalətin bu cür kobud surətdə 
pozulmasının qarşısının alınmasında dövlətin tənzimedici fəaliyyəti 
mühüm rol oynayır.
Müxtəlif sosial qruplar arasında gəlirlərin fərqli olması onların fizi-
ki və əqli əmək qabiliyyətlərinin, mülkiyyətə sahibliyinin müxtəlifliyi, 
təhsil və peşə- ixtisas səhiyyəsinin eyni olmaması ilə şərtlənir. Bu işdə 

'
zi hallarda bəxtin gətirib gətirməməsi də müəyyən rol oynayır. Buna 
görə də 
demokratiyanın inkişaf etdiyi ölkələrdə söhbət gəlirlərdəki 
bərabərlikdən daha çox fəaliyyət imkanlarının bərabərliyindən gedir. 
Beləliklə həddən artıq bərabərsizlik cəmiyyətin sabitliyini 
pozulmasına doğru aparır.Digər ifrat hədd, yə
'
ni gəlirlərin əsassız 
bərabərləşdirilməsi əməyə və sahibkarlıq fəaliyyətinə olan stimulları 
azaldır. Buna görə də sosial ədalətin real həddini qorumaq çox vacibdir. 
4. Sosial- etniki struktur 
Cəmiyyətin sosial sferasında etniki birlik formaları çox mühüm yer 
tutur. Məhz etniki struktur (demoqrafik strukturla birlikdə) öz kökləri 
etibarilə insanın bioloji təbiəti ilə daha çox əlaqəlidir. Doğrudur, müasir 
cəmiyyətdə etniki göstəricilər sözün əsl mə
'
nasında sosial xarakter kəsb 
edən əlamətlər ilə müqayisədə bə
'
zən arxa plana keçir. Lakin bu fakt heç 
də onların sosial sferada rol və əhəmiyyətini aşağı salmır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   443   444   445   446   447   448   449   450   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin