Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə443/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   439   440   441   442   443   444   445   446   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Birincisi, peşə nüfuzu. 
Cəmiyyətdə müxtəlif peşələr və buna 
müvafiq olaraq həmin peşələrdə çalışan insan qrupları arasında nüfuza 
görə fərqlər vardır. 
Ikincisi, hakimiyyət və əzəmət. 
Bu me'yar cəmiyyətdə insanların 
hakimiyyətdən istifadə olunmasına və öz əzəmətlərinə görə olan 
müxtəlifliyi ifadə edir. 
Üçüncüsü, gəlir və sərvət. 
Mə'lumdur ki, gəlir və sərvətin 
miqdarına görə insanlar eyni deyildir. Onların əldə olunması üsullarından 
(irsən miras qalan və yaxud peşə sahibinin özünün əldə etdiyi gəlir və 
sərvət) asılı olmayaraq həmin göstəriciyə görə insan qrupları bir- birindən 
fərqlənirlər. 
Dördüncüsü, təhsil və bilik səviyyəsi.
Tarixən insanlar öz təhsil və 
biliyinə görə eyni olmamışlar. Bu əlamət onların sosial roluna və 
cəmiyyətdə yüksəlmə imkanlarına ciddi tə'sir göstərir. Səciyyəvi cəhət 
burasıdır ki, həmin əlamətin rolu getdikcə artmaqdadır. 
Beşinci me'yar 
dini mənsubiyyət, dini mərasimlərin yerinə 
yetirilməsi dərəcəsidir. 
Nəhayət, altıncı me'yar 
insanların qohumluq əlamətlərinə görə 
fərqləndirilməsidir. Qeyd olunmalıdır ki, bu göstərici də cəmiyyətdə 
mühüm rol oynayır. Belə ki, nəslin davam etdirilməsində, uşaqların 
tərbiyəsində, qohumlar arasında münasibətlərin mənəvi, psixoloji və digər 
baxımdan tənzimlənməsində o əhəmiyyətli yer tutur. 
Yuxarıda deyilənlər sübut edir ki, 
stratifikasiya tə'limi uzun 
müddət sovet fəlsəfi fikrindən kənarda qalmasına baxmayaraq sosial 
strukturun izahında çox vacibdir
. O, cəmiyyətdə mövcud olan insan 
qruplarını hərtərəfli səciyyələndirmək imkanı verir. Ictimai həyatın 
müxtəlif tərəflərinə aid me'yarların vəhdətdə götürülməsi bu işdə böyük 
köməklik göstərir.
P.Sorokin göstərirdi ki, sosial stratifikasiya konsepsiyasında və 
ümumiyyətlə cəmiyyətin sosial strukturunun təhlilində çıxış nöqtəsini so-
sial bərabərsizlik təşkil edir. Onun fikrincə sosial bərabərsizlik əbədidir və 
buna görə də sosial stratifikasiya cəmiyyətin daimi səciyyəsidir.
1
Bununla əlaqədar göstərək ki, vaxtilə sovet ədəbiyyatında geniş 
yayılmış sinifsiz yekcins cəmiyyətin formalaşmaqda olduğu haqqında 
müddəa utopiyadan başqa bir şey deyildir. Belə ki, siniflərin və sosial 
1
Bax: Сорокин П. Человек. Цивилизация. Общество. с. 294. 


399 
qrupların müxtəlifliyi olmayan cəmiyyətin mövcudluğu ağlasığmazdır. 
Bu, birhüceyrəli mürəkkəb orqanizmin mümkün olacağı iddiası qədər 
gülüncdür. Odur ki, gələcək cəmiyyətdə də sosial həyatın mürəkkəb 
şəkildə şaxələnmiş olacağını güman etmək məntiqidir. Həm də nəzərdə 
tutulmalıdır ki, gələcək cəmiyyətdə də əmək bölgüsü qalacaqdır. Deməli 
müxtəlif əmək növləri üzrə məşğul olan insan qrupları da qalmaqda da-
vam edəcəkdir. 
Cəmiyyətdə baş verən dəyişikliklər özünün müvafiq əksinin sosial 
sferada, sosial münasibətlərdə və təbiidir ki, sosial strukturun 
göstəricilərində də tapır. Həmin dəyişiklikləri tam dolğunluğu ilə 
səciyyələndirmək 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   439   440   441   442   443   444   445   446   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin