2. Sosial stratifikasiya tə'limi
396
Yaxın vaxtlara qədər fəlsəfi ədəbiyyatda belə bir fikir hakim idi ki,
sosial strukturda həlledici yeri sinfi bölgü tutur. Marksizm- leninizm
tə'limi öyrədirdi ki, sinif istehsal sferasında yaranır. Onun əsas
əlamətlərini istehsal vasitələrinə olan münasibət, ictimai əməyin
təşkilindəki rol, ictimai sərvətdən pay almaq üsulu və bu payın miqdarı
təşkil edir. Buradan belə bir nəticə çıxarılırdı ki, kapitalizmdə proletariat
və burjuaziya, sosializmdə isə fəhlə sinfi və kolxozçu kəndlilər əsas
siniflərdir. SSRI dağıldıqdan sonra bütün ictimai elmlərdə olduğu
fəlsəfədə də köhnəlmiş ehkamçı müddəalar tədricən aradan qalxmaqdadır.
Bu cür münasibət təbiidir ki, həm də sosial həyatda sinfin yeri və roluna
aiddir.
Odur ki, sosial strukturda sinfin rolunu şişirdən marksist- le-
ninçi müddəalar bu gün yaramır.
Onun əsas nöqsanları aşağıdakılardır:
Əvvəla, onu qeyd edək ki, hələ marksizmin dəbdə olduğu dövrdə
fəlsəfi fikirdə sinfin yeri və roluna dair bu tə'limin müddəaları hamı
tərəfindən qəbul olunmurdu. Bu məsələ barəsində mübahisələr gedirdi.
Məsələn, qərbin bir çox filosof və sosioloqları sinfiliyin müəyyən
olunmasında istehsal vasitələrinə münasibətin, mülkiyyət formalarının
əsas götürülməsinə qarşı çıxaraq qeyd edirdilər ki, burada başqa
göstəricilər də nəzərə alınmalıdır. Bu baxımdan qərbin məşhur sosioloqu
E.Giddinsin fikirləri diqqəti cəlb edir. O göstərirdi ki, siniflər ümumi iqti-
sadi imkanlara görə bir- birindən fərqlənirlər. Sinfi fərqlərin əsasını
məşğuliyyət və sərvət göstəriciləri təşkil edir. Buradan çıxış edərək, o
müasir Qərb cəmiyyətlərində aşağıdakı əsas siniflərin olduğunu qeyd
edirdi: 1) yüksək siniflər (istehsal ehtiyatlarına sahib olan, yaxud onlara
bilavasitə nəzarət edən varlılar, iri sənayeçilər, rəhbərliyin yuxarı
təbəqələri); 2) orta sinif («ağ yaxalıqlı» işçilərin əksəriyyəti və
peşəkarlar); 3) fəhlə sinfi («göy yaxalıqlılar» və yaxud əl əməyi ilə məşğul
olanlar); 4) bə'zi sənaye ölkələrində (məsələn, Fransada, Yaponiyada)
mövcud olan kəndlilər sinfi (ən'ənəvi olaraq kənd təsərrüfatı istehsalında
çalışan işçilər). Başqa bir sosioloq O.Raytın fikrincə müasir kapitalist
istehsalında iqtisadi ehtiyatlar üzərində nəzarətin üç növünə uyğun olaraq
əsas siniflər bunlardır: 1) investisiyalar və yaxud pul kapitalı üzərində
nəzarət edənlər; 2) fiziki istehsal vasitələri üzərində (müəssisələr, torpaq,
müxtəlif ofislər) nəzarət edənlər; 3) əmək və hakimiyyət üzərində nəzarət
edənlər.
Deyilənlərdən aydın olur ki, hələ 80- ci illərdə marksizmin sinif
tə'liminin nöqsanlılığı və siniflərin əlamətlərini hərtərəfli nəzərə almağın
zəruriliyi qeyd olunurdu.
Digər tərəfdən
kapitalizmdə siniflər haqqında Marksın irəli
sürdüyü fikirlərdən təxminən əsr yarım vaxt keçmişdir. Bu müddət ərzində
397
onun sinfi tərkibi əsaslı dəyişikliklərə mə'ruz qalmışdır (ən'ənəvi olaraq
fiziki əməklə məşğul olanların sayı azalmış, onların əvəzinə mürəkkəb
texnika və texnologiyanı idarə etməklə məşğul olan işçilərin və müxtəlif
xidmət sahələrində çalışanların sayı çoxalmışdır).
Lakin bu fakt siniflərin yox olması demək deyildir. Hərçənd
Dostları ilə paylaş: |