Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Sosial tərkibin daxilində aşağıdakı əsas tərəflər əhatə olunur: a)



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə438/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   434   435   436   437   438   439   440   441   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Sosial tərkibin daxilində aşağıdakı əsas tərəflər əhatə olunur: a) 
sosial- sinfi birliklər, sosial qruplar və təbəqələr.
Bu bölgünün əsasında 
işçilərin ictimai əmək bölgüsündə tutduğu yerin müxtəlifliyi durur. 
b) işləyən əhalinin peşə tərkibi və kollektivlərə bölünməsi. Bunun 
əsasında işçilərin əmək bölgüsündə yeri ilə yanaşı digər amillər- peşə 
məşğuliyyəti, ixtisas dərəcəsi, mənsub olduğu kollektivlərin səciyyəsi du-
rur. 
v) əhalinin sosial- ərazi tərkibi. Bu bölgü cəmiyyət üzvlərinin 
yaşayış məskənləri baxımından şəhərlərdə və yaxud kəndlərdə 
yerləşməsini ifadə edir. 
q) sinif və sosial qrupun öz daxilində mövcud olan daxili struktur 
bölgüsü elementləri və təbəqələr. 
s) işçilərin əməyinin xarakterinə və məzmununa görə bölgüsü (fizi-
ki əmək işçiləri və əqli əmək işçiləri) 
d) əhalinin sosial- etniki birlik formalarına bölgüsü (millət, xalq, 
tayfa, qəbilə) 
e) əhalinin sosial- demoqrafik bölgüsü (ailə, cinsə görə və nəslə 
görə bölgü). 
Yuxarıda deyilənlər göstərir ki, əhalinin sosial tərkibi son dərəcə 
geniş və rəngarəng elementləri əhatə edir. Onlar müxtəlif əsaslara görə 
bir- birindən fərqləndirilir və öz əhatə dairəsinə görə eyni deyildir. Əgər 
sonuncu qeyd olunan əlamətə görə (əhatə dairəsinə görə) onlara sıraya 
düzsək onda aşağıdakı ardıcıllığı əldə edərik: ailə, kollektiv, peşə qrupu, 


393 
sosial təbəqə, sosial qrup, sinif, şəhər və kənd əhalisi, fiziki və əqli əmək 
işçiləri, nəsillər, xalq, millət və bütövlükdə cəmiyyət. 
Əhalinin sosial tərkibində və bütövlükdə sosial strukturda başlıca 
yeri 
sosial qrup tutur
. Bu anlayış ictimai fəaliyyət və ictimai münasibətlər 
sistemində keyfiyyətcə bir- birindən fərqli yer tutan insanlar birliyini ifadə 
edir. Məhz müəyyən sosial qrupa mənsub olması sayəsində insanlar 
cəmiyyətdə özlərinin çoxtərəfli funksiyalarını daha dolğun yerinə yetirə 
bilirlər. Sosial qrupa daxil olan insanlar bir neçə ümumi sosial əlamət 
əsasında birləşirlər. O bütövlükdə ictimai həyatın, xüsusən də sosial siste-
min başlıca subyektlərindən biridir. Belə qruplar təkcə sırf sosial 
əlamətlərə görə deyil, həm də peşə, etniki, ərazi, demoqrafik və dini 
göstəriciər üzrə təşkil olunurlar. Qeyd edək ki, sosial qrupların bu növləri 
bir- birindən əlahiddə deyildir, çox yaxındır. Buna görə də şəxsiyyət eyni 
zamanda bir neçə sosial qrupun əlamətlərini özündə daşıya bilir. Məsələn 
öz ictimai vəziyyətinə görə (əsas qrup yaradıcı əlamətə görə) fəhlə olan 
hər hansı bir insan həm də əlavə olaraq çilingər, gənc, azərbaycanlı, 
müsəlman və sair əlamətlərə malik olmaqla müvafiq surətdə həmin 
əlamətlərə görə birləşən digər sosial qruplara da daxil olur. 
Sosial qruplar bir- birindən çox müxtəlif göstəricilərə görə 
fərqlənirlər. Onlardan aşağıdakılar mühüm yer tutur: ictimai əməyin 
təşkilində yeri və rolu, həyat və məişət şəraiti, cəmiyyətin sosial- siyasi 
həyatında, idarəçilikdə iştirak etmə səviyyəsi, təhsil və mədəniyyət 
göstəriciləri, mə'nəvi fəaliyyət və şüurluluq dərəcəsi, ictimai psixologiya 
səviyyəsi. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   434   435   436   437   438   439   440   441   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin