Cəmiyyətin sosial strukturu anlayışı öz məzmununa görə sosial
tərkib anlayışından daha geniş və dolğun xarakter daşıyır
. Belə ki, o
təkcə əhalinin sosial birliklərinin müxtəlif nisbətlərdə tərkibini
göstərməklə kifayətlənmir. Onun məzmununa bundan əlavə sosial sistemə
daxil olan yarımsistemlərin və elementlərin nisbi sabit düzülüş qaydası,
bir- birilə qarşılıqlı münasibətləri, oynadıqları funksional rol da daxildir.
Cəmiyyətin sosial strukturunda ictimai əmək bölgüsü ilə şərtlənən
sosial kateqoriyalar və təbəqələr əsas yeri tutur. Ictimai əmək bölgüsü ta-
rixi inkişaf gedişində insanların birgə istehsal fəaliyyəti prosesində baş
vermişdir. Əmək bölgüsü o vaxt ictimai mahiyyət kəsb edir ki, əməyin bu
və ya digər növləri insanların müəyyən sosial- mütəşəkkil qruplarına
təhkim olunur. Başqa sözlə desək, işçilərin bir qrupu maddi istehsal
sahəsində çalışırlar (fəhlələr, aqrar işçiləri, istehsal -texniki ziyalılar).
Digərləri qeyri- maddi sahələrdə (mə'nəvi istehsalda, elmdə, din ilə
məşğul olanlar), üçüncülər isə sosial mövcudat olan insanın yetişdirilməsi
ilə məşğul olurlar. Ictimai əmək bölgüsünün bir mühüm nəticəsi odur ki,
394
insanların bə'zi qrupları idarəçilik funksiyaları yerinə yetirirlər, digərləri
isə onlara tabe olurlar.
Ictimai əmək bölgüsü əhalini həm də şəhər və kənd əhalisinə ayırır
(sosial- ərazi strukturu). Bununla sıx əlaqədə işçilərin sənaye, ticarət və
əkinçilik məşğuliyyətlərinə görə ayrılması baş verir. Sosial- ərazi strukturu
daha çox cəmiyyətin məkanca təşkili forması kimi çıxış edir. O insanların
yaşadıqları ərazi məskənlərinə münasibətlərini, habelə bu səpgidə şəhər və
kənd əhalisinin bir- birinə münasibətini bildirir. Ümumiyyətlə şəhər və
kəndin yaranması hər şeydən əvvəl sənətkarlıq və ticarətin əkinçilikdən
ayrılması nəticəsidir. Bu iki yaşayış məntəqəsi tipi arasındakı əsas fərqlər
aşağıdakılardır: əhalinin peşə məşğuliyyəti (şəhərdə sənaye və qeyri- kənd
təsərrüfatı sahələri, kəndə isə aqrar sfera üstünlük təşkil edir); təhsil
almağa və asudə vaxtın səmərəli təşkilinə yaratdığı imkanlara görə
(şəhərdə bu imkanlar kəndə nisbətən daha genişdir); kənd ilə müqayisədə
şəhərdə miqrasiyanın, mütəhərrikliyin, siyasi fəallığın və ümummədəni
səviyyənin nisbətən yüksək olması və s.
Qeyd edək ki, cəmiyyət inkişaf etdikcə şəhər ilə kənd arasında
fərqlər tədricən azalır, onların əlaqələri daha da möhkəmlənir. Bu
münasibətdə müasir cəmiyyətdə baş verən urbanizasiya (şəhərləşmə
deməkdir) prosesləri, informasiya almağın yeni- yeni texniki vasitələrinin,
internetin tətbiqi müstəsna dərəcədə böyük rol oynayır. Belə ki, müasir
texniki informasiya vasitələri hətta uzaq kənddə yaşayan insanların
dünyanın hər yerindən operativ informasiya ala bilməsini tə'min edir.
Nəhayət, işçilərin fiziki əmək işçiləri və əqli əmək işçilərinə
bölünməsi də ictimai əmək bölgüsünün nəticəsidir. Lakin bu iki bölgü bir-
birindən həm də ona görə ayrılır ki, birinci bütün əhalini əhatə etdiyi hal-
da, ikinci bölgü (fiziki və əqli əmək işçiləri) yalnız işçilərə aiddir.
Əmək işçiləri- ziyalılar ictimai əmək bölgüsü sistemində və
cəmiyyətin sosial strukturunda özünəməxsus yer tutur. Onun başlıca
əlamətini professional surətdə əqli əməklə məşğul olması və bir qayda
olaraq ali və ya orta ixtisas təhsilinə malik olması təşkil edir. Ziyalılar
kateqoriyası daim öz tərkibini digər sosial qruplar hesabına tamamlayır. O
müxtəlif sosial qrupların mənafelərinə xidmət edir. Ziyalılar xüsusi
müstəqil sosial təbəqə kimi məhz kapitalizmdə yaranmışdır (əlbəttə onun
ayrı-ayrı nümayəndələri quldarlıq və feodalizmdə də vardı). Ziyalı (latınca
intelliqens sözündən olub başa düşən, düşünən, zəkalı deməkdir) təbəqəsi
öz daxili məzmununa çox genişdir. O əqli əməyin müxtəlif sahələrində
fəaliyyət göstərən insanları əhatə edir. Onlardan maddi istehsalda
(sənayedə və kənd təsərrüfatında) çalışanları, mühəndis- texniki işçiləri,
nəqliyyat, rabitə və tikintidə, siyasi sferada və idarəçilikdə məşğul olan
olan əqli əmək işçilərini göstərmək olar. Ziyalıların bir çox dəstələri
395
bütünlükdə cəmiyyətin mənafeyinə xidmət edən sahələrdə işləyirlər. Bun-
lara misal olaraq elmi işdə, təhsildə, təbabət və səhiyyədə, ölkənin
müdafiəsində çalışan əqli əmək işçilərini göstərmək olar. Nəhayət
ziyalıların əhəmiyyətli tərkib hissəsini azad peşə sahibləri (incəsənət
işçiləri, yazıçılar, sənətkarlar, rəssamlar, artistlər və sair) təşkil edirlər.
Dostları ilə paylaş: |