Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


son  dövrlərin fəlsəfi ədəbiyyatında marksizmi tənqid etmək naminə «si-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə442/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   438   439   440   441   442   443   444   445   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

son 
dövrlərin fəlsəfi ədəbiyyatında marksizmi tənqid etmək naminə «si-
nif» anlayışından yan keçmək hallarına tez- tez rast gəlinir. 
Ümumilikdə götürdükdə nəzərə alınmalıdır ki, ictimai sinif haqqında 
tə'lim marksizmə qədər yaranmışdır
. Belə ki, hələ klassik siyasi 
iqtisadın nümayəndələri (A.Smit və D.Rikardo) siniflərin iqtisadi 
anatomiyasını açmış, bərpa dövrü fransız tarixçiləri isə (Minyo, Gizo, 
Tyerri) siniflərin cəmiyyətdə rolunu göstərməyə çalışmışlar. Odur ki, 
marksizmin siniflərin rolunu şişirtmək təşəbbüsü sol ifrat həddi təşkil 
edirsə, həmin tə'limin əsassızlığını göstərmək naminə digər ifrat mövqe 
tutmaq- sinfiliyi tam inkar etmək də doğru olmazdı. Belə ki, müasir 
cəmiyyətdə siniflər əhəmiyyətli rol oynayır. Doğrudur keçmiş SSRI 
məkanında yaranan müstəqil respublikalarda, o cümlədən Azərbaycanda 
bu münasibətdə əsaslı dəyişikliklər baş vermişdir. Əvvəla, kolxozların 
ləğvi və torpağın özəlləşdirilməsi nəticəsində kolxozçu kəndli sinfi sıradan 
çıxmışdır. Sonra, dövlət mülkiyyətinin özəlləşdirilməsi gedişində fəhlə 
sinfi köklü dəyişiklərə mə'ruz qalmışdır. Bununla belə bizim 
cəmiyyətimizdə fəhlə sinfi hələ də qalmaqdadır. Digər tərəfdən nəzəri 
fikir təkcə bu və ya digər ölkənin həyatını ümumiləşdirməklə 
məhdudlaşmır. O, həm də dünyadakı reallıqları nəzərə almalıdır. Bu 
münasibətdə müasir kapitalizm cəmiyyətində sinfin əhəmiyyətli yeri 
şəksizdir. 
Bununla əlaqədar mövcud cəmiyyətdəki sosial strukturun hərtərəfli 
təhlil olunmasında 
qərbdə çoxdan dəbdə olan sosial stratifikasiya 
tə'limi mühüm rol oynayır
. Strata latınca təbəqə deməkdir. Bu anlayış 
ictimai elmə geologiyadan keçmişdir. 
Həmin tə'limin yaradıcılarından olan P.Sorokin yazırdı: «Sosial 
stratifikasiya mövcud insanlar məcmusunu (əhalini) öz iyerarxalı
dərəcəliliyi ilə götürülən siniflərə parçalamaq deməkdir. Onun əsasını və 
mahiyyətini hüquq və imtiyazların, məs'uliyyət və öhdəliklərin qeyri- 
bərabər bölünməsi, bu və ya digər cəmiyyətdə insanlar arasında sosial 
dəyərlərin, hakimiyyətə və cəmiyyətə tə'sirin səviyyəsi təşkil edir».
1
Əlbəttə Sorokin sinif dedikdə təbəqələri başa düşürdü. Bununla 
belə göstərilməlidir ki, sosial stratifikasiya hər bir cəmiyyətdə mövcud 
1
Сорокин П. Человек. Цивилизация. Общество. М.,1992, с.302. 


398 
olur. Həm də cəmiyyət nə qədər çox mütəşəkkildirsə və normal fəaliyyət 
göstərirsə, onun stratifikasiya səciyyəsi də bir o qədər dolğun ifadə olunur. 
Stratifikasiya tə'limi müasir cəmiyyətin sosial strukturunda 
aşağıdakı altı me'yar üzrə bir- birindən fərqlənən stratları ayırır: 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin