Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


sosial tərkibin müxtəlifliyinin artması və buna uyğun olaraq sosial



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə445/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   441   442   443   444   445   446   447   448   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

sosial tərkibin müxtəlifliyinin artması və buna uyğun olaraq sosial 
mənafelərdə rəngarəngliyin baş verməsidir
. Qeyd edək ki, cəmiyyətdə 
diferensiasiya çoxaldıqca əhalinin müxtəlif təbəqələri arasında qütbləşmə 
də dərinləşir. Nəticədə sosial qrupların və təbəqələrin nəinki təkcə sosial 
vəziyyətində və həyat şəraitində, habelə onların həyat ustanovkalarında və 
dəyərlər oriyentasiyasında müxtəliflik daha kəskin şəkildə özünü göstərir. 
Qeyd olunmalıdır ki, müasir Azərbaycan cəmiyyətində gedən keçid 
prosesinin çətinlikləri özünün müvafiq ifadəsini sosial strukturun 
dəyişilməsində də tapır. Sosial həyat daha dinamik şəkil alır, sosial 
1
Bax: Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat. 
Bakı,1997, s.19. 


401 
münasibətlərdə mütəhərriklik müşahidə olunur. Bu isə sosial birlik 
formalarının statusunun müəyyənləşdirilməsini çətinləşdirir. Bununla belə
sosial strukturun təkrar istehsal prosesində və dinamikasında əhalinin 
geniş miqyaslı sosial yerdəyişmələrinin, yə„ni insanların bir ictimai qrup 
və təbəqədən digərinə keçməsinin əsas istiqamətləri və meyillərini 
müəyyən etmək mümkündür. 
Bazar münasibətləri şəraitində cəmiyyət 
üzvlərinin öz sosial vəziyyətini, statusunu, rol və peşəsini dəyişdirməsi 
(könüllü və yaxud məcburi qaydada), əvvəla sosial münasibətlərin 
təkmilləşməsinə kömək edir. Digər tərəfdən bu proses cəmiyyətin so-
sial həyatının açıq xarakter daşıdığını sübut edir
. Səciyyəvi cəhət bu-
dur ki, təkcə şəhərdə deyil, kənddə də təsərrüfatçılığın bazar formalarına 
keçid baş verməkdədir. Bu prosesin nəticəsində əhalinin sosial tərkibində 
yeni bir qrup- fermerlər formalaşır və inkişaf edir. 1998- ci ilin 
məlumatına görə Azərbaycanda fermer təsərrüfatlarının sayı 25608- ə 
çatmışdır.
1
Aqrar islahatların genişlənməsi fermerlər sosial qrupunun sayının 
daha da artması ilə müşayiət olunacaqdır. 
Azərbaycan cəmiyyətinin sosial strukturunun dəyişilməsinin yuxarı 
qeyd olunan müsbət meylləri ilə yanaşı bə„zi mənfi nəticələri (işsizliiyn 
artması, əhalinin yoxsul təbəqələrinin çoxalması, cinayətkar ünsürlərinin 
canlanması və sair) də göstərilməlidir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin