400
Respublikada özəlləşdirmə proqramı həyata
keçirildikcə əhalinin
dövlət müəssisələrində və qeyri- dövlət bölməsində çalışan hissələrinin
nisbətində ciddi dəyişikliklər baş verir. Başqa sözlə qeyri- dövlət bölməsi
işçilərinin sayı və xüsusi çəkisi artır. Məsələn, 1997- ci ildə əhalinin
47,7%-
i dövlət bölməsində, 52,3%- i isə qeyri- dövlət bölməsində
çalışırdı.
1
Deməli, sosial tərkib özəl bölmədə çalışanların xeyrinə
dəyişilməkdədir.
Ölkəmizdə bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı
gedişində sosial qrupların və təbəqələrin sosial simasında
yeni- yeni
meyllər baş verir. Təkcə iqtisadiyyatda deyil, siyasi və mə'nəvi sahələr
həyata keçirilən əsaslı islahatlar onların sosial
vəziyyətində dəyişikliklər
yaradır. Belə meyllərdən biri respublika əhalisi tərkibində bizneslə məşğul
olanların, sahibkarların və iş adamlarının sayı və xüsusi çəkisinin
çoxalmasıdır. Hazırda Azərbaycanda kiçik və orta biznesin inkişafı üzrə
proqramlar tətbiq olunur. Bu münasibətdə 1992- ci ildə qəbul olunmuş
«Sahibkarlıq fəaliyyəti haqqında qanun» mühüm əhəmiyyət kəsb edir.
Bazar iqtisadiyyatının formalaşması prosesində respublikamızda
xarici sərmayə qoyuluşunun həcmi və miqyası durmadan genişlənir. 1994-
cü ildə bağlanmış Əsrin müqaviləsi bu işə təkan verdi. Hazırda
respublikamız dünyanın 20- dən çox qabaqcıl
neft şirkəti ilə
müqavilələrini reallaşdırmaqdadır. Xarici sərmayə qoyuluşunun
artmasının bir mühüm nəticəsi də şərikli müəssisələrin çoxalmasıdır.
Hazırda respublikada onların sayı 1500- ə qədərdir. Bu proses
genişləndikcə tədricən həmin sahələrə cəlb olunan işçi qruplarının sayı da
artır.
Müasir dövrdə Azərbaycan cəmiyyətinin
sosial strukturunda dife-
rensiasiya meyli güclənir. Bu, müxtəlif mülkiyyət formalarının yaranması,
bölgü münasibətlərinin dinamikası, habelə respublikanın siyasi və mədəni
həyatında baş verən dəyişikliklərlə şərtlənir. Həmin meylin əsas nəticəsi
Dostları ilə paylaş: