Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bazarın sərt qanunları ziyalılara daha çox tə„sir edir. Əqli



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə446/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   442   443   444   445   446   447   448   449   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bazarın sərt qanunları ziyalılara daha çox tə„sir edir. Əqli 
əmək
işçilərinin maddi vəziyyətində çətinliklər,onların fəaliyyətində 
müəyyən inamsızlıq yaradır. Ziyalıların cəmiyyətdə nüfuzu və statusunda 
arzuolunmaz hallar baş verir. Nəticədə yüksək ixtisaslı mütəxəssislərin 
respublikadan kənara axını müşahidə olunmaqdadır. Məsələn, 1998- ci 
ildə bir milyondan çox adam xarici ölkəyə işləməyə getmişdir. 
Bu kimi zərərli meyllərin qarşısının alınmasında dövlətin yeritdiyi 
sosial siyasət mühüm rol oynayır. Belə ki, ölkədə bazar münasibətləri 
düzgün tənzim edilmədikdə əhalinin təbəqələşməsi yol verilən hüdudları 
aşır. Həyat səviyyəsi və şəraitinə görə əhalinin müxtəlif təbəqələrinin 
kəskin qütbləşməsi və yoxsulluğun artması özünü göstərir. 
Formalaşmaqda olan bazar münasibətlərinin sosial sferaya 

'
sirindən 
danışarkən sosial ədalət məsələsindən yan keçmək olmaz

Sosial ədalətin səviyyəsi hər şeydən əvvəl cəmiyyətdəki müxtəlif qruplar 
və ayrı- ayrı insanlar arasında gəlirlərin bölüşdürülməsi və yenidən 
bölüşdürülməsində təzahür edir. Bu sahədə normal vəziyyətin yaradılması 
cəmiyyətdəki sosial sabitliyin və tarazlığın çox mühüm qarantı kimi çıxış 
edir. Bazar münasibətləri şəraitində sosial ədalətin yerinə yetirilməsi bi-
1
Azərbaycanın kənd təsərrüfatı. Statistik məcmuə. B.,1999, s.49. 


402 
rinci növbədə bu prosesdə iştirak edən subyektlərin bərabər hüquqluluğ-
unun qorunması deməkdir. Lakin nəzərdə tutulmalıdır ki, bazar mexaniz-
mi mütləq mə
'
nada sosial ədaləti (ictimai sərvətin hamı üçün bərabər 
bölüşdürülməsi mə
'
nasında) qəbul etmir. Çünki burada 
gəlirlərin rəqabət 
mexanizmi əsasında bölünməsi prinsipi fəaliyyət göstərir.
Hər kəs öz 
məhsulunun göstəricilərinə müvafiq haqq alır. Buna görə də bazar 
iqtisadiyyatı şəraitində gəlirlərin bölünməsində sosial ədalətin pozulması 
halları baş verə bilir. Ümumilikdə sosial ədalətin bazar münasibətləri 
baxımından anlamı aşağıdakı kimidir: cəmiyyətin malik olduğu sərvətin 
(gəlirlərin) 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin