404
Xalq insanların elə birlik formasıdır ki, o eyni ərazidə yaşayan,
umumi dilə, psixiki tərzə, mədəniyyətə və həyat tərzinə, adət və ənənələrə
malik olan insanları əhatə edir. Yeni birlik forması olan
xalq qan
qohumluğu əlaqələrinə deyil, müxtəlif insanlar arasında təsərrüfat
əlaqələrinə əsaslanırdı.
Artıq xalq sırf etnik birlik forması deyildi, o so-
sial- etniki birlik mahiyyəti kəsb edirdi. Xalq
əsas etibarilə feodalizmin
məhsuludur. Bununla yanaşı qeyd edilməlidir ki, o müxtəlif cəmiyyətlərdə
mövcud olur. Bir sıra xalqlar (bolqarlar, macarlar) müxtəlif etnik qruplar-
dan təşkil olunurlar. Бə
'
zi xalqlar (məsələn italyanlar) hətta müxtəlif
irqləri də əhatə edirlər.
Əvvəlki birlik formalarına nisbətən
xalq daha mütərəqqi rol
oynamışdır. O iqtisadiyyatın, sosial əlaqələrin və mədəniyyətin inkişafına
güclü təkan verdi. Lakin müəyyən vaxt keçdikdən sonra məlum oldu ki,
bu
forma da mübadilənin, müxtəlif növlü təsərrüfat fəaliyyətlərinin
genişləndirilməsi üçün kifayət deyildir. Əmtəə münasibətlərinin inkişafı
və ayrı- ayrı təsərrüfat rayonları arasında iqtisadi
pərakəndəliyin ləğvi
gedişində insanların daha geniş miqyasda birləşməsinə tələbat yarandı. Bu
tələbat yeni, daha sabit birlik forması olan millətin yaranmasına gətirib
çıxartdı.
Millət
kapitalizm
cəmiyyətinin
formalaşması
dövründə
qərarlaşmışdır. Sonralar kapitalizmin inkişafı gedişində iqtisadi və mədəni
əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox xalqlar millətə çevrildilər.
Lakin xalqlar millətə çevrilmədən, yəni xalq kimi qala da bilirlər. Genetik
baxımdan tayfa xalqdan və xalq isə millətdən əmələ gəlir. Lakin bu heç də
həmişə belə olmur. Elə
konkret hallar mövcuddur ki, bir ölkə daxilində
(Afrika və Asiyada belə ölkələr xeylidir) onların hamısı bir- birilə yanaşı
və sıx qarşılıqlı tə
'
sirdə mövcud olurlar.
Millət insanların elə bir nisbi sabit birliyidir ki, o vahid dilə, ərazi
və iqtisadi birliyə xalqın ictimai psixologiyasında və mədəniyyətin spesi-
fik cəhətlərində ifadə olunan ümumiliyə əsaslanır.
Dostları ilə paylaş: