Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə457/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   453   454   455   456   457   458   459   460   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Nigahın emosional- psixoloji, mə
'
nəvi və estetik dayaqları sevgi 
münasibətləridir
. Lakin nəzərdə tutulmalıdır ki, bə
'
zən nigah sevgidən 
kənarda və sevgi isə nigahdan kənarda mövcud ola bilir. Sevgi qarşılıqlı 
səmimiyyətə və inama əsaslandıqda daha möhkəm olur. Arximed deyirdi 
ki, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı 
vardır. 
Sevgi- dərin və sabit yaşantılarda, fikrin və işin daim sevdiyin ada-
ma yönəlməsində, ona doğru azad, təmənnasız və fədakarcasına can at-
maqda ifadə olunan fərdi seçim hissidir.
2
Sevgi cismani yaxınlıqdan daha çox mə
'
nəvi- emosional ülfətə 
ehtiyacdan törəyir
. O şəxsiyyətin formalaşmasına, onun özünü 
reallaşdıra bilməsinə və yaradıcı imkanlarının üzə çıxarılmasına güclü 

'
sir göstərir. 
Sevginin mə
'
nəvi və estetik əsasları bunda ifadə olunur ki, insan 
özünə digər cinsdən mə
'
nəvi dayaq tapır. Bu isə onun həyat enerjisinin 
artmasına, uzun müddətli sevinc hissinin möhkəmlənməsinə müsbət tə
'
sir 
edir. 
1
Гегель. Работы разных лет. М.,1971, с.68. 
2
Bax: Спиркин А. Философия. с.585. 


411 
IV FƏSIL 
 
SIYASI HƏYATIN FƏLSƏFI TƏHLILI 
 
1. Cəmiyyətin siyasi sistemi, onun ünsürləri 
Cəmiyyəti siyasi həyatını bir sıra elmlər (politologiya, siyasi sosi-
ologiya, siyasi psixologiya və sair) öyrənir. O fəlsəfənin də obyektini 
təşkil edir. Belə ki, 
fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, 
onların qarşılıqlı tə
'
sirini araşdırır.
Onun predmetinə həm də siyasət ilə 
hakimiyyətin əlaqələri, onun maddi və ideal formaları, dövlət, vətəndaş 
cəmiyyəti, siyasi şüur və digər problemlər daxildir. 
Siyasi aləmin çox müxtəlif ölçüləri (sosial- iqtisadi funksional, 
sosiomədəni, tarixi və sair) vardır. Siyasi həyatın fəlsəfi təhlilinə marağın 
artması nəticəsində fəlsəfənin xüsusi sahəsi- siyasi fəlsəfə yaranmışdır. O 
siyasi həyatda baş verən prosesləri biri- birilə əlaqəli vahid kompleks 
halında götürür. Bu elm fəlsəfə ilə siyasi elmin qovuşuğunda yaranan 
sahədir. O siyasət dünyasının mə
'
nəvi və dünyagörüşü səpkilərini öyrənir. 
Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ və dəyər xarak-
terli əsaslarının formalaşdığı fəaliyyət sahəsi olduğundan, siyasi fəlsəfə də 
cəmiyyətin siyasi sistemi və təşkili prinsiplərinə geniş diqqət yetirir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin