3. Siyasi hakimiyyət və siyasi rejim Siyasi sferanın mərkəzi problemlərindən
biri hakimiyyət məsələsidir. Hakimiyyət siyasətin əsası və həyata keçirilmə vasitəsidir .
Hakimiyyət dedikdə insanlar arasında hökmranlıq və tabelik
münasibətləri, onların fəaliyyətinin məcburi qaydalar və normalar şəklinə
salınması başa düşülür. Beləliklə hakimiyyət insanları idarə etməyə
yönələn mütəşəkkil xarakterli iradə və qüvvədir. Hakimiyyət ideyasının
kökləri şəxsiyyətlərarası münasibətlərin xarakteri və insanın təbiəti, onun
biopsixoloji mövcudluq keyfiyyəti ilə ayrılmaz bağlıdır. Onun əsasını
sadəcə söz və təbliğat deyil, bir qrup adamların iradəsini başqalarına tabe
edən zorakılıq təşkil edir. Əlbəttə bu tabeçilik təkcə güc vasitələrinə
arxalanmamalıdır. Hakimiyyətin həqiqi hörməti o vaxt tə
'
min edilir ki,
hüquq və əxlaq vəhdətdə götürülür, əhalinin intellektual göstəricilərinə
arxalanılır.
Siyasi hakimiyyətin subyekti və obyekti vardır. Birinci onu həyata
keçirən siyasi idarəetmə orqanlarını əhatə edir. Hakimiyyətin obyekti isə
onların fəaliyyətinin çoxtərəfli növləri və sahələridir. Siyasi hakimiyyət
özünün ümumi olması, yə
'
ni müxtəlif sahələrdə çalışan şəxslərə, sosial
qruplara və institutlara aid olması ilə seçilir. Məhz tərəflər arasındakı
münasibətlər və fərqlər hakimiyyətin sosial əsaslarını ifadə edir. Siyasi
hakimiyət yalnız
legitim (qanuni, xalq tərəfindən tanınan) xarakter
daşıdıqda öz sabitliyini tə
'
min edə bilir. Siyasi hakimiyyətin legitimliyi
aşağıdakı üç formada çıxış edir: a) hakimiyyət tarixi ən
'
ənələrə
əsaslandıqda (məsələn monarxiya); v) rasional leqal olduqda, yə
'
ni seçki
yolu ilə yaradıldıqda; s) harizmatik xarakter daşıdıqda, başqa sözlə, siyasi
rəhbərin dahi şəxsi keyfiyyətlərinə inama əsaslandıqda.