420
nəzarətinə tabe edilməsi ilə səciyyələnir
. Nəinki iri miqyaslı hadisə və
proseslər, hətta hakim ideologiyaya zidd düşünən ayrı- ayrı şəxslər də
dövlətin diqqətindən kənarda qalmır. Bu rejim öz sərtliyinə görə XX əsrin
despotizmi adlandırılır. Totalitar siyasi rejim şəraitində kütləvi informa-
siya vasitələri də ancaq dövlətin xəttini yeridir. Şəxsiyyət hüquqsuz
vəziyyətə düşür, o nəhəng dövlət maşınının sadə bir vintciyinə çevrilir. Bu
rejim həm də aşağıdakılarla səciyyələnir: sərt hakimiyyət piramidasının
mövcudluğu, kütləvi terror və represiya, daxili və xarici düşmən axtarmaq
cəhdləri və sair.
Totalitarizm rejim sadəcə ölkə vətəndaşlarından itaəti demək deyil-
dir. O, cəmiyyət üzvlərində hakimiyyətə pərəstiş, insan hüquqlarına
hörmətsizlik və qarşıya çıxan məsələləri sadəlövhcəsinə anlamaq
psixologiyası və təfəkkür stili formalaşdırır.
Totalitarizm şəraitində siyasi hakimiyyət mülkiyyəti tamamilə öz
əlinə keçirir. Bunun necə ağır nəticələr verdiyini 70 ildən artıq davam
edən sovet rejimi sübut edir. Totalitarizm təkpartiyalılığa əsaslanır. Bu
rejimin hökm sürdüyü cəmiyyətdə hər şey yuxarıdan təlqin olunan vahid
ideologiya üzrə fəaliyyət göstərir. Bu anlayışı ilk dəfə Mussolini özünün
başçılıq etdiyi hərəkatı və rejimi səciyyələndirmək üçün işlətmişdir. Onun
ideya əsasları isə yenihegelçi italyan filosofu C.Cantilyeyə gedib çıxır.
Sonralar Mussolininin faşist hökumətinə daxil olmuş Cantilye göstərirdi
ki, guya totalitar dövlət, xalqın mə
'
nəvi ruhunu təcəssüm etdirir. Buna
görə də dövlət şəxsiyyətin həyatını qeyri- məhdud dərəcədə özünə tabe
edə bilər. XX əsrin 30-cu illərindən e
'
tibarən sosial- fəlsəfi fikirdə və bədii
ədəbiyyatda müxtəlif totalitar baxışlar yayıldı. Onlarda totalitarizmin
yuxarıda qeyd olunan cəhətləri mütləqləşdirildi. Totalitar rejimə əyani
nümunə kimi keçmiş SSRI-də mövcud olan quruluşu və faşizmi
göstərmək olar.
Dostları ilə paylaş: