Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Siyasi sistemin mühüm bir göstəricisi hakimiyyət bölgüsünün



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə466/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   462   463   464   465   466   467   468   469   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Siyasi sistemin mühüm bir göstəricisi hakimiyyət bölgüsünün 
düzgün həyata keçirilməsidir. 
Söhbət qanunverici (qanunlar verən), 
icraedici (verilmiş qanunlar əsasında idarəçiliyi həyata keçirən) və 
məhkəmə (qanunların qorunmasına nəzarət edən və ədalət məhkəməsi 
həyata keçirən) hakimiyyətinin bir- birindən ayrılmasından və onlar 
arasındakı münasibətlərin aydın ifadə edilməsindən gedir. Hakimiyyətin 
bu üç əsas qanadının müstəqilliyi tə
'
min edilmədikdə normal idarəetmə 
həyata keçirilə bilmir, ciddi əyintilər baş verir. Buna diqqət yetirən Mon-
teskyö göstərirdi ki, qanunverici orqan hakimiyyəti həyata keçirə bilməz, 
çünki o qanunlar işləyib hazırlamaqla məşğuldur. Hakimiyyəti həyata 
keçirənlər isə bu qanunlara tabe olmalıdır. Öz növbəsində bu iki tərəf 
qanunların yerinə yetirilməsinə məhkəmə nəzarəti təşkil edə bilməz. Bu iş 
müstəqil hakimiyyət orqanının- məhkəmələrin funksiyasıdır. Odur ki, əgər 
qanunverici və icraedicilik funksiyaları birləşərsə, onda azadlıqdan söhbət 


419 
gedə bilməz. Eynilə də məhkəmə hakimiyyətinin onlardan ayrılmadığı 
təqdirdə azadlıq qeyri- mümkündür. Belə ki, əgər məhkəmə qanunverici 
hakimiyyət ilə birləşirsə, onda bu halda vətəndaşlar özbaşınalığın qurbanı 
olurlar, çünki hakim, həm də qanunverici olur. Əgər məhkəmə 
hakimiyyəti icraedici hakimiyyət ilə birlikdə fəaliyyət göstərirsə, onda 
hakimin səlahiyyətləri əsassız surətdə genişlənir.
1
Qanunverici orqan xalqın normal və ədalətli, sakit fəaliyyətinin 

'
min edən qanunlar qəbul edir. Icraedici hakimiyyət bu qanunlarda ifadə 
olunan ümumi dövlət iradəsinin yerinə yetirilməsini tə
'
min edir. O bu 
qanunları necə yerinə yetirdiyi barədə qanunverici hakimiyyət qarşısında 
vaxtaşırı hesabat verir. Məhkəmə heç bir siyasi qrup və ya partiya ilə 
əlaqəli olmamalı, müstəqil fəaliyyət göstərməlidir. O ancaq qanundan 
çıxış etməlidir. Vaxtilə Siseron deyirdi ki, hakim danışan qanun, qanun isə 
lal hakim deməkdir. 
Bu üç hakimiyyət növü arasında ahəngdarlığın dərəcəsi ölkədə 
dövlət idarəçiliyinin mükəmməllik səviyyəsini ifadə edir. Doğrudan da 
praktiki həyatda çox vaxt onlardan hər hansı birinin üstünlüyünün şahidi 
oluruq. Belə vəziyyət indiki cəmiyyətdə də bə
'
zən özünü göstərir. Bu 
yaşadığımız keçid dövrünün şəraiti ilə izah edilir. Yə
'
ni cəmiyyətimizdə 
totalitar rejimin qalıqları tədricən aradan qalxmaqdadır, lakin onlar hələ də 
özünün ləngidici tə
'
sirini göstərir. Bunun nəticəsində demokratik 
idarəetmə formaları tam gücü ilə fəaliyyət göstərə bilmir. Azərbaycan 
cəmiyyəti sabit inkişaf yolu ilə irəlilədikcə hakimiyyətin bu üç növü 
arasındakı həqiqi əməkdaşlıq bərqərar olmaqdadır. Indi bu istiqamətdə çox 
mühüm işlər görülür. 
Dövlət hakimiyyətinin ayrılmaz tərəfini 
siyasi rejim 
təşkil edir. O, 
hakimiyyəti reallaşdırmağın vasitələri və metodlarının məcmusu 
deməkdir. Siyasi rejim bunu ifadə edir ki, dövlətin cəmiyyətdəki 
idarəçiliyi, yə
'
ni dövlət və hakimiyyəti, demokratik parlamentarizm 
metodlarına, yoxsa 
antidemokratik (totalitar)
formalara əsaslanır. Siyasi 
rejimin totalitar, liberal və demokratik növləri mövcuddur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin