dövlət yalnız öz xalqının şüurunda dərin kök saldıqda həqiqətən möhkəm olur. Deməli,
dövlətin taleyi xalqın mənlik şüurunun xarakteri və inkişaf səviyyəsindən xeyli dərəcədə asılıdır. Çünki hər bir xalq bir qayda olaraq özünə müvafiq olan və ruhuna
uyğun gələn dövlət quruluşuna malik olur. Dövlət müəyyən struktura ma-
lik olan ictimai orqanizm kimi çıxış edir. O cəmiyyətdə mövcud olan
bütün insanları vahid bir tam kimi birləşdirir, onların siyasi cəhətdən bir
araya sığmasını tə
'
min edir. Hegel göstərirdi ki, dövlət empirik baxımdan
bir- birindən aralıda mövcud insanlar çoxluğunun konkret vəhdətidir.
Doğrudan hər bir dövlətə daxil olan vətəndaşlar məkanca dağınıq ərazidə
yaşayır, vaxt (zaman) baxımından müxtəlifdirlər. Onların subyektiv
mənafeləri də eyni olmur. Dövlətin əsas mahiyyəti bundadır ki, o bütün bu
rəngarəngliyin bir- birilə əlaqəsini və vəhdətini tə
'
min edir, sanki xalqı
bütöv bir bədən (cisim) halında birləşdirir. O aşağıdakı iki tərəfin birliyi-
nin zəruriliyini əsaslandırır:
birinci , insanların bütöv bir tam kimi vahid
cəmiyyətdə yaşaması üçün onların fərdi mənafeləri ümumiyə tabe
etdirilməlidir;
ikinci , öz növbəsində cəmiyyət də onun tərkib hissələrini
təşkil edən vətəndaşlarının rifahı qayğısına qalmalıdır.
Hər bir dövlət inzibati- idarəetmə aparatına, qanunverici və icraedi-
ci orqanlara malikdir. Hakimiyyətə əsaslanan idarəetmə sistemi xüsusi
növlü fəaliyyət sahəsidir. Onun obyektini vətəndaşların fəaliyyətinin
müxtəlif sahələri, onların əməyi, vərdiş və bilikləri, ünsiyyətin qanun və
qaydaları təşkil edir. Bu idarəçiliyin vasitələri müxtəlif hüquqi qanunlar və
normalar, siyasi ideologiya, mülki işləri və istehsal fəaliyyətini
tənzimləyən aktlar, xüsusi silahlı dəstələrdir. Idarəetmənin subyekti
bütünlükdə idarəetmə aparatıdır.
Hər bir dövlət özünün