Bunlardan birincisi onun zorakılıqdan
qorunmasıdır (buna hüquqi dövlət tə
'
minat verir).
Ikincisi isə onun fikir,
baxış və iradəsinin toxunulmazlığı və onların ictimai həyatda
reallaşdırılmasına şərait yaradılmasıdır (bunu demokratiya tə
'
min edir).
Deyilənlər sübut edir ki,
həqiqi azadlıq yalnız demokratik cəmiyyətdə mümkündür . Demokratik ictimai quruluş hər bir adamın siyasi
yetkinliyinə və əqidəsinə müvafiq olaraq cəmiyyət tərəfindən tanınmasına
və ona hörmət edilməsinə şərait yaradır. Bu quruluşda insanın müstəqilliyi
ali dəyər kimi qiymətləndirilir, onun ləyaqətinə hörmətlə yanaşılır.
Şəxsiyyətə öz təşəbbüskarlığını genişləndirmək üçün real imkanlar açılır.
Cəmiyyət üzvlərinə tədricən belə bir fikir aşılanır ki, yalnız azad
düşünməyi və hərəkət etməyi bacaran şəxs mövcud şəraitin diktə etdiyi
variantlardan ən ağıllısını seçmək iqtidarındadır. Deyilənlər göstərir ki,
insanın zəkasına hörmət və azadlığının qorunması demokratiyanın ən
mühüm prinsiplərindəndir.
Hazırda ölkəmizdə bazar münasibətlərinə və demokratizmə əsaslanan cəmiyyət qurulmaqdadır. Ilk nəzərdə belə görünə bilər ki ,
bazar ilə demokratiya bir- birinə o qədər də yaxın deyildir. Əslində bu
iki anlayış arasında dərin əlaqə mövcuddur. Bu əlaqə əsas e
'
tibarilə iki amil
ilə şərtlənir:
birincisi, hər bir xüsusi mülkiyyətçi dövlətə öz rəqibi deyil,
onun mülkiyyət hüququnu qoruyan müttəfiqi və himayəçisi kimi
baxmalıdır. Məhz mülkiyyət hüququnun toxunulmazlığının tə
'
min
edilməsi, onun sahibinə öz işini uzun müddətli strategiya əsasında qurmaq
imkanı verir. Belə olduqda mülkiyyətçinin buraxdığı məhsula çəkilən
xərclər aşağı düşür. Digər tərəfdən məhsulun keyfiyyəti yaxşılaşır və
rəqabətə davam gətirmə qabiliyyəti yüksəlir. Buradan aydın olur ki,
demokratikləşmənin genişlənməsi və sabit demokratik rejimin yaradılması
səmərəli bazar münasibətlərinin formalaşmasının çox mühüm şərtidir.