424
qanunlar işləyib hazırlayır və həyata keçirirlər.
Inkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, yaxşı təşkil olunmuş təzyiq qrupları (lobbi) seçilmiş
nümayəndələr vasitəsilə öz iqtisadi mənafelərini həyata keçirə bilirlər.
Burada nümayəndəli demokratiya bazar övdələşməsinin bir növü kimi
çıxış edir. Belə ki, təzyiq qrupları (lobbistlər) hakimiyyətə tə
'
sir göstərmək
üçün seçkilərdə iştirak edən namizədlərlə sanki belə bir şərt kəsirlər: «Biz
seçkilərdə sizə səs verəcəyik, siz isə əvəzində bizim mənafelərimizi ifadə
edən proqramları həyata keçirəcəksiniz».
Müstəqillik əldə etdikdən sonra Azərbaycan demokratik cəmiyyət
quruculuğuna başlamışdır. Ictimai həyatın bütün tərəflərində əsaslı demo-
kratik islahatlar həyata keçirilir. Respublikanın ilk müstəqil Konstitusiyası
(Əsas Qanunu) qəbul olunmuşdur. Milli Məclis və
digər seçkili orqanlar
fəaliyyət göstərir. Referendum yolu ilə prezident seçkiləri keçirilmişdir.
Hərtərəfli demokratikləşdirmə xətti bütün sferaları əhatə edir.
Iqti-
sadi sahədə
onun əsas istiqamətləri aşağıdakılardır: dövlət mülkiyyətinin
ardıcıl surətdə özəlləşdirilməsi və xüsusi mülkiyyətin inkişaf etdirilməsi,
iqtisadiyyatda bazar münasibətlərinin daha da möhkəmləndirilməsi, azad
rəqabətə və sahibkarlığa meydan açılması, iqtisadiyyatın
idarə
olunmasında demokratik metodların geniş miqyasda tətbiqi, inzibati-
amirlik üsullarının aradan qaldırılması.
Siyasi həyatın
demokratikləşməsi bütünlükdə siyasi sistemin əsaslı
surətdə yeniləşdirilməsində, seçkili orqanların rolunun artırılmasında, mil-
li dövlət quruculuğunun davam etdirilməsində, hüquqi dövlətin yaranması
yolunda ardıcıl addımların atılmasında,
siyasi həyatda plüralizmin,
aşkarlığın, söz və fikir azadlığının tə
'
min edilməsində, siyasi partiyaların
fəaliyyətinə geniş meydan verilməsində təzahür edir.
Sosial həyatda
demokratikləşmə
bunda təzahür edir ki, əhalinin
müxtəlif sosial qrupları və təbəqələrinin mənafelərini əlaqələndirən güclü
sosial siyasət yeridilməkdədir. Bazar münasibətlərinə keçidin törətdiyi
arzuolunmaz sosial nəticələr aradan qaldırılır,
əhalinin az tə
'
minatlı
kateqoriyalarının sosial müdafiəsi gücləndirilir, azlıqda qalan millətlərin
və etnik qrupların mənafelərini nəzərə alan milli siyasət yeridilir.
Demokratikləşmə
xətti həm də
Dostları ilə paylaş: