Çünki azadlıq məsuliyyət hissindən kənarda mövcud deyildir . Bu
hissdən məhrum olan adam öz hərəkətinin gələcək nəticələrini görmür,
onun üçün başqaları qarşısında cavabdehliyi anlamır. Nəticədə azadlıq
özbaşınalıq və anarxiya kimi qəbul olunur. Əslində isə demokratik
cəmiyyətdə daha güclü hakimiyyət olmalıdır. Əks halda demokratiya özü-
özünün əksinə çevrilir. Aristotelin dediyi kimi bu halda qanunlara məhəl
qoymayan, demoqoqiyaya və yalançılığa əsaslanan
oxlokratiya (kütlə hakimiyyəti) hökm sürür.
Demokratiya iki formada (birbaşa və vasitəli) həyata keçirilə bilir.
Birinci forma ölkə üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin xalq
tərəfindən müzakirəsini və müvafiq qərarlar qəbul edilməsini nəzərdə tu-
tur. (Məsələn ölkəmizdə ictimai həyatın bu və ya digər sferasında
fəaliyyəti tənzim edən qanunların ümumxalq müzakirəsi, referendum
keçirilməsi və s.).
Demokratiyanın ikinci forması (nümayəndəli demokra-
tiya) o deməkdir ki, xalqın səsvermə yolu ilə seçdiyi nümayəndəli orqanlar
ictimai həyatın müxtəlif tərəflərinə dair siyasi qərarlar qəbul edir, qanunlar
işləyib hazırlayır, proqramlar həyata keçirirlər. Seçilmiş nümayəndələr
xalqın mənafeyini təmsil edirlər.
Demokratik cəmiyyətdə azadlığın çoxluğun iradəsinə tabe olması
prinsipi hökm sürür. Lakin bu prinsip heç vəchlə şəxsiyyətin hüququnun
pozulması, azlığın (siyasi, etniki və ya dini baxımdan olan azlığın)
iradəsinin tapdalanması demək deyildir. Çünki demokratik qanunlar və
institutlar bütün vətəndaşların (o cümlədən də azlıqda qalanların)
hüquqlarını müdafiə edir. Demokratik siyasi sistemdə bütünlükdə
cəmiyyət Konstitusiya (
Ə
sas qanun) əsasında fəaliyyət göstərir. Burada
həm də ictimai rə
'
y mühüm əhəmiyyət kəsb edir, fikir plüralizmi,
çoxpartiyalılıq, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti tə
'
min
olunur.
Totalitar rejimin hökmranlığı dövründə şəxsiyyət kütlə içərisində
əriyib itir. Keçmiş SSRI- nin təcrübəsi buna əyani sübutdur. Liberal de-
mokratik cəmiyyətdə insan hüquqlarının qorunmasına xüsusi diqqət yetiri-
lir. Burada hər bir vətəndaşın həyat, əmək, öz şəxsiyyətini qorumaq hüqu-
qu, söz və fikir azadlığı qərarlaşır. Şəxsiyyətin ən yüksək ləyaqəti onun
azad olmasındadır. Təsadüfi deyildir ki, Hegel azadlığı insanın başı
üzərində yerdəki zülmkarların və allahların simvolunun yox olması kimi
qiymətləndirirdi.
Ölkəmizdə demokratiyanın genişlənməsi gedişində şəxsiyyətin
hüquqları da artır. O özünün insani mahiyyətini daha dolğun ifadə etmək,
423
mə
'
nəvi ehtiyaclarını ödəmək, azadlığının hüdudlarını və ləyaqət hissini
inkişaf etdirmək üçün yeni- yeni imkanlar əldə edir. Əslində şəxsiyyətin
azadlığı iki əsas tərəfi birləşdirir.