426
cəmiyyəti aşağıdakıları əhatə edir: vicdan, fikir və söz azadlığını həyata
keçirən kütləvi informasiya vasitələri, könüllü elmi yaradıcılıq birlikləri və
sair.
Vətəndaş cəmiyyətinin inkişafının mühüm bir meyarı fərd ilə
cəmiyyət əlaqələrinin birbaşa deyil, vasitəli formada (müvafiq ictimai isti-
tutdan keçməklə) baş verməsidir. Şəxsiyyətin siyasi fəaliyyəti, siyasi
sistemdə və bütövlükdə cəmiyyətdə layiqli yeri və rolunun təmin olunması
yalnız hüquqi dövlət şəraitində mümkündür. O, şəxsiyyəti avtoritar büro-
kratik hakimiyyətə tamamilə tabe edən totalitar rejimə qarşı duran demo-
kratik alternativdir. Hüquqi dövlət Konstitusiya əsasında fəaliyyət göstərir.
Burada bütün ictimai proseslər qanun əsasında tənzim olunur. Cəmiyyətin
mənafeyinə xidmət etmək dövlətin əsas vəzifəsi hesab edilir.
Hüquqi
dövlət öz fəaliyyətində üç başlıca prinsipə əsaslanır: onlardan birincisi
ardıcıl və hərtərəfli demokratiyanın həyata keçirilməsidir.
Dostları ilə paylaş: