427
malikdir. Şəxsi təcrübə və bilikləri artırmaq yolu ilə bu keyfiyyətləri əldə
edən şəxs, kütlənin diqqətini cəlb edir və onun hörmətini qazanır.
Siyasətçi konkret şəraiti düzgün qiymətləndirməyi bacarmalı, hadisələrin
gedişini və gələcək nəticələrini irəlicədən görə bilməlidir. O səmimi
olmalı, xalqın mənafeyinə xidmət edən, dəqiq fəaliyyət proqramını işləyib
hazırlamalı və həyata keçirməlidir. Siyasi lider üçün tələb olunan başqa bir
keyfiyyət konkret şəraiti, sosial qüvvələr nisbətini və hətta mümkün qədər
ayrı- ayrı şəxslərin fərdi cəhətlərini nəzərə almaqdır. Vaxtilə O.Mirabo
göstərirdi ki, insanlara xoş sözlə müraciət etmək, onları əsl tabe etmək
məharətidir.
Bə„zən elə olur ki, idarəçilik üçün zəruri keyfiyyətləri olmayan
şəxslər idarə orqanlarına yol aça bilirlər. Belə hallar vaxtında aradan
qaldırılmadıqda, mənfi nəticələr törədir. Ayrı- ayrı ölkələrin və xalqların
tarixi sübut edir ki, siyasi hakimiyyətdə olan adamlar intriqa, gizli
sövdələşmə, satqınlıq, siyasi qətl, açıq qəsdlər, xəyanət, siyasi partiyaların
və qrupların mübarizəsi və sair işlərdə bu və ya digər dərəcədə iştirak
etmişlər. Əsl siyasi rəhbər bunlardan uzaq olmalıdır. Siyasi müdrikliyin
digər mühüm bir keyfiyyəti mümkün olan ilə qeyri- mümkün olanı dəqiq
fərqləndirmək məharətidir, Çünki siyasətdə niyyət əsas deyil, bu niyyətin
nə dərəcədə real olması əsasdır.
Bu ümumi meyarlardan çıxış edərək hazırda müstəqil Azərbaycan
dövləti və onun hakimiyyət strukturları qarşısında duran vəzifələri
aşağıdakı kimi qruplaşdırmaq olar: milli dövlət quruculuğunu qətiyyətlə
davam etdirmək, ictimai həyatın bütün sferalarında demokratikləşdirməni
genişləndirmək yolu ilə hüquqi dövlətə doğru irəliləmək, formalaşmaqda
olan bazar münasibətlərinə lazımi dərəcədə siyasi təminat yaratmaq, eyni
zamanda ona tənzimedici təsir göstərmək, əhalinin həmrəyliyini və bir-
liyini möhkəmləndirmək, düzgün, elmi əsaslandırılmış milli siyasət
yeritmək, xalqın rifah halını yaxşılaşdırmaq, mədəniyyətini yüksəltmək.
Xarici siyasət sahəsində dövlətimizin başlıca vəzifələrini ölkəmizin ərazi
bütövlüyünü və toxunulmazlığını tə„min etmək, ölkənin müdafiə
qabiliyyətini möhkəmləndirmək, dünya ölkələri ilə əlverişli iqtisadi
əməkdaşlıq həyata keçirmək, ölkəmizin dünya birliyinə iqtisadi, siyasi,
mədəni və ekoloji baxımdan qovuşmasına fəal kömək etmək.
Dostları ilə paylaş: