Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


üzvi demokratiya xalqın öz siyasi taleyini



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə469/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   465   466   467   468   469   470   471   472   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

üzvi demokratiya xalqın öz siyasi taleyini 
müəyyən etməsinə imkan verir
. Bə
'
zən belə bir fikir də söylənilir ki, 
qərb ölkələrində demokratiyanın liberal- demokratik və totalitar- eqalitar 
formaları üstünlük təşkil edir. Buna görə də həmin ölkələr üzvi demokra-
tiyaya keçmək iqtidarında deyildir. Bu münasibətlə şərq ölkələri tamamilə 
başqa vəziyyətdədir. Həmin ölkələrin xalqlarında «kollektiv qeyri- şüuri» 
forma qərbə nisbətən daha çox inkişaf etmişdir, qərbdə isə fərdi rasional 
psixologiya üstünlük təşkil edir. 
Yuxarıda deyildiyi kimi, demokratiya xalq hakimiyyəti deməkdir. 
O siyasi idarəçilik orqanlarının bütün səviyyələrini azad seçkilər əsasında, 
xalqın nümayəndələri tərəfindən təmsil olunmasını nəzərdə tutur. Siyasi 
idarəçilikdə azadlığın digər tərəfi liberalizm (hərfi mə
'
nası azad deməkdir) 
adlanır. O azadlığı ümumi və geniş mə
'
nada götürür. Onu fikir plüralizmi, 
sahibkarlıq fəaliyyətinin azadlığı, söz azadlığı, vicdan azadlığı və s. kimi 
təsəvvür edir. 
Liberal demokratiya anlayışı, demokratizm ilə libera-
lizmin əlaqələndirilməsidir. 
Demokratiya anlayışı azadlıq anlayışından ayrılmazdır, lakin o 
təkcə azadlıq ideyası ilə məhdudlaşmır. Demokratiya həm də bu ideyanın 
qanun statusu alması və praktiki həyata keçirilməsini ifadə edir. Demokra-
tik cəmiyyətin siyasi sistemi aşağıdakı üç prinsipə əsaslanır: konstitusiyalı 
idarəçilik, insan hüquqlarının qorunması və hamının qanun qarşısında 
bərabərliyi. Azad cəmiyyətdə qanunlar hər şeydən yüksəkdə durmalıdır. 
Normal demokratik dövlətdə birinci növbədə siyasi azadlıq mövcud 


422 
olmalıdır. Bu isə o deməkdir ki, vətəndaşların sosial əhəmiyyət kəsb edən 
bütün hərəkətləri qanunlara uyğun olmalıdır. Başqa sözlə deyilsə, istər söz 
azadlığı, istərsə də fəaliyyət azadlığı mütləq mə
'
nada anlaşılmamalıdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin