433
Bir qayda olaraq mə
'
nəvi tələbatların səviyyəsi və miqyası mə
'
nəvi isteh-
sal ilə müəyyən olunur. Lakin mə
'
nəvi tələbatlar heç də həmişə mə
'
nəvi
istehsalın ardınca getmir, müəyyən hallarda onu qabaqlaya da bilir. Özü
də tələbatların istehsalı ötüb keçməsi həm kəmiyyət baxımından (məsələn,
poliqrafik bazanın zəif olması üzündən tələb olunan miqdarda kitabların
və digər çap məhsullarının buraxılmaması), həm də keyfiyyət baxımından
(mə
'
nəvi dəyərlərə olan tələbatı ödəyəcək dərəcədə məhsul istehsal
etməyin qeyri- mümkünlüyü) özünü göstərə bilir. Qeyd olunmalıdır ki,
mə
'
nəvi tələbatların mə
'
nəvi istehsala nisbətən sür
'
ətlə artması və onlar
arasında ziddiyyətlərin baş verməsi müəyyən mə
'
nada müqərəqqi
hadisədir. Belə ki, o mə
'
nəvi həyatın inkişafının mühüm hərəkətverici
qüvvəsi rolunu oynayır.
Mə
'
nəvi tələbatların təbiəti və mahiyyətini izah edərkən birinci
növbədə onların obyektiv şərtləndiyi göstərilməlidir. Bu o deməkdir ki,
tələbat subyektin (insanın) təkcə şüurunun məhsulu deyildir. Onun əsasları
insanın digər şəxslərlə real əlaqələri və münasibətlərində, sosial mühitdə
formalaşır. Hər bir tələbat subyektin özü ilə məhdulaşmır, onunla həmin
tələbatın obyekti arasındakı münasibəti ifadə edir. Artıq bu faktın özü
göstərir ki, tələbatlar öz məzmununa görə obyektivdir.
Dostları ilə paylaş: