Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə489/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   485   486   487   488   489   490   491   492   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ictimai şüur 
insanların praktiki fəaliyyəti vasitəsilə ictimai varlığı dəyişdirməyə 
qadirdir.
Buna görə bu və ya digər dövrün ictimai şüuru təkcə varlığı in-
ikas etdirməklə məhdudlaşmır, həm də onun dəyişdirilməsinə fəal kömək 
edir. Bu cəhət ictimai şüurun mühüm funksiyasını göstərir. Məhz həmin 
funksiya ictimai şüurun cəmiyyətin zəruri və mühüm tərəfi olduğunu 
sübut edir. Şüurun məhsulları müəyyən işarələr və simvollar sistemində və 
dildə kodlaşır. Bu prosesdə düşünən və hiss edən insan beyni həlledici yeri 
tutur. Məsələn bəstəkarın yaratdığı musiqi əsəri onun hiss və həyəcanlarını 


440 
ifadə edir. Həmin əsərin lent yazısı isə yalnız səsləri kodlaşdırır, hiss və 
həyəcanları ifadə etmir.
Ictimai şuur sosial- tarixi reallığın ayrılmaz tərəfidir. Buna görə də 
şüurdan kənar, cəmiyyətin mə„nəvi enerjisini, hər bir insanın fəaliyyət 
motivlərini səfərbər etmədən varlığı dəyişdirmək mümkün deyildir. 
Deyilənlərdən aydın olur ki, 
müasir cəmiyyətdə keçirilməsi nəzərdə 
tutulan hər bir islahatın ictimai şüurda mə„nalandırılması və 
zəruriliyinin dərk olunması çox vacibdir
. Əks halda onun həyata 
keçirilməsi arzu olunan nəticələri verə bilməz. Başqa sözlə deyilsə ruhun, 
şüurun səfərbəredici qüvvəsinə arxalanmayan, yalnız iqtisadi tərəfə 
söykənən islahatlar hərtərəfli uğur gətirmir. 
Ictimai şürunun məzmununda çox müxtəlif səviyyələr və tərəflər 
vardır. Bu sübut edir ki, o sadəcə «şüur» və «ictimai» anlayışların»ın 
məcmusu demək deyildir, mürəkkəb mənəvi hadisədir. 
Ictimai şüur sosial təbiətə malikdir. O insanların ictimai 
praktikasından törəyir, onların müxtəlif növlü fəaliyyətlərinin nəticəsi ki-
mi çıxış edir. Məhz birgə praktiki fəaliyyət gedişində insanlar onları əhatə 
edən dünyadakı hadisə və prosesləri dərk edirlər. (onlardan öz 
mənafelərinə uyğun istifadə etmək üçün). Həyatdakı müxtəlif hadisələr və 
münasibətlər ilə onların ictimai şüurda inikası vahid praktiki fəaliyyətin 
iki ayrılmaz tərəfidir. Belə ki, ictimai praktikanın, sosial gerçəkliyin insan-
lar tərəfindən mə„nalandırılan məzmunu bir növ onların ictimai şüurunun 
məzmununa çevrilir. Beləliklə, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   485   486   487   488   489   490   491   492   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin