Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Deyilənlər göstərir ki, cəmiyyət maddi- ideal reallıq kimi çıxış



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə488/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   484   485   486   487   488   489   490   491   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Deyilənlər göstərir ki, cəmiyyət maddi- ideal reallıq kimi çıxış 
edir
. Ictimai şüurun məzmununa daxil olan ümumiləşmiş təsəvvürlər, 
ideyalar, nəzəriyyələr, hisslər, xislət, ən
'
ənələr və sair mə
'
nəvi reallıqdır. 
Lakin o ictimai varlığın tərkib hissəsi kimi çıxış edir, çünki hər bir fərdin 
şüuruna münasibətdə ilkindir. Belə ki, yuxarıda qeyd olunan mə
'
nəvi 
reallıq növləri fərdidən yüksəkdə duran ruhun mə
'
nəvi aləmidir. O, 
obyektivləşdirilmiş mənəvi reallıqdır. Şəxsiyyət dilin köməyi sayəsində 
həmin aləmi qavrayır, mə
'
nalandırır və qiymətləndirir. O, hətta həmin 
reallığa tənqidi münasibət də bəsləyə bilir. Belə ki, dilin sayəsində fərdi 
şüur bir növ fövqəlşəxsi (fərdidən yüksək) varlıq forması kəsb edir. Bu-
nunla yanaşı insanda həmin mə
'
nəvi reallığı izah etməyə tələbat və imkan 
yaranır. Belə izahetmə həqiqət ilə yalanı bir- birindən ayırır. Lakin bu 
vəzifə təkcə şəxsi şüur səviyyəsində həll edilə bilmir. Odur ki, dil 
formasında obyektivləşmiş mə
'
nəvi reallıq bu prosesdə yaxından iştirak 
edir. 
Cəmiyyətin inkişafının ilk dövrlərində ictimai şüur varlığın 
bilavasitə tə
'
siri altında formalaşırdı, sonralar isə bu tə
'
sir dolayısı ilə 
(dövlət, siyasi, hüquqi, əxlaqi, dini münasibətlər vasitəsilə) olur. Ictimai 
şüurun ictimai varlığa fəal əks tə
'
sirinə tarixi yanaşdıqda isə başqa 
vəziyyət müşahidə olunur. Bu tə
'
sir əvvəllər dolayı (vasitələnmiş) 
olmuşdur, zaman keçdikcə isə daha çox bilavasitə, xarakteri kəsb edir. Bu, 
şüurun varlığı düzgün əksetdirmək qabiliyyətinin artmasını göstərir. 
Beləliklə, şüurun inikas etdirici və fəal-yaradıcı fəaliyyəti eyni bir 
prosesin iki ayrılmaz tərəfini təşkil edir. Varlığa tə„sir göstərərkən şüur 
onu qiymətləndirə bilir, onun gizli mə„nasını aça bilir. Bunlara 
əsaslanmaqla o, varlığın gələcəyini proqnozlaşdırır. Nəhayət, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin