Mə ' nəvi istehsal, mə ' nəvi tələbatlar və mə ' nəvi istehlakın qarşılıqlı əlaqəsi öz ifadəsini mə ' nəvi tələbatların artması qanununda tapır. Öz
mahiyyətinə görə bu qanunu həm də mə
'
nəvi istehlakın artması qanunu
adlandırmaq olar.
Bu qanunun məzmunu aşağıdakıları əhatə edir: mə
'
nəvi tələbatların
rəngarəngliyinin genişlənməsi; onların yetkinlik səviyyəsinin yüksəlməsi;
geniş kütlələrin ictimai əhəmiyyət kəsb edən mə
'
nəvi dəyərlərə intensiv
qovuşması; onların mə
'
nəvi yaradıcılıqda daha fəal iştirak etməsi; mə
'
nəvi
istehsalın inkişafı. Bu sonuncu isə öz növbəsində mə
'
nəvi tələbatların və
istehlakın artmasını şərtləndirir.
Bütöv bir sistem kimi götürülən mə
'
nəvi sfera həm də
mə ' nəvi münasibətləri və
ünsiyyəti də əhatə edir.
Mə
'
nəvi münasibətlər insanlar arasında mə
'
nəvi istehsal və mə
'
nəvi
istehlak prosesində bir- birilə daxil olduğu münasibətlərdir. Bu
münasibətlər, ideya və baxışların, nəzəriyyələrin işlənilib hazırlanması ilə
əlaqəlidir. Onlar mə
'
nəvi həyatın bütün tərəflərini əhatə edir. Təhsildə,
tərbiyə prosesində, təbliğatda və digər sahələrdə də özünü göstərir.
Mə
'
nəvi münasibətləri izah edərkən aşağıdakı momentləri nəzərə
almaq zəruridir:
Birincisi, onlar əksərən real münasibətlərdir. Başqa sözlə,
onların mə
'
nəvi xarakter daşıması heç də həmişə ideal olması demək
deyildir. Məsələn, müəllim ilə tələbə arasında, tərbiyəçi ilə tərbiyə olu-
nan, təbliğatçı ilə dinləyici arasındakı münasibətlər mə
'
nəvi
436
münasibətlərdir. Lakin onların real olduğunu danmaq ağlasığmazdır.