Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə492/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   488   489   490   491   492   493   494   495   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

əsasda şüurun fəal 
dəyişdirici rolunu, ideologiyanın cəmiyyət həyatının bütün 
sahələrində fəal mövqeyini başa düşmək olar
. Bu müddəaya məhəl 
qoymadan mə„nəvi həyatın mürəkkəb inkişaf prosesini düzgün izah etmək 
mümkün deyildir. Ictimai şüurun nisbi müstəqilliyinin inkar edilməsi, həm 
də belə bir yalnış nəticəyə gətirə bilər ki, guya mə„nəvi həyatda baş verən 
bütün dəyişikliklər yalnız ictimai varlıq dəyişildikdən sonra mümkündür.
3. Ictimai və fərdi şüur 
Insanların mə„nəvi fəaliyyətinin məhsulu olan 
ictimai şüur, fərdi 
şüur ilə sıx əlaqədə mövcuddur
. Bu təsadüfi deyildir. Şüurun bütün 
formaları hər şeydən əvvəl ayrı- ayrı adamların fəaliyyətində baş verən 
psixiki və fərdi inikas prosesində təzahür edir. Buradan aydın olur ki, fərdi 
şüura məhəl qoymamaq, onu qiymətləndirməmək olmaz. 
Ictimai və fərdi 
şüurun qarşılıqlı əlaqəsi ümumi ilə təkcənin münasibəti kimidir. 
Ümumi yalnız təkcə vasitəsi ilə mövcud ola bildiyi kimi, təkcə də 
ümumiyə doğru aparan əlaqədə mövcuddur. Deməli, bir tərəfdən ictimai 
şüur özünün bütün ünsürləri və müxtəlif formaları ilə fərdi şüurda təzahür 
edir, digər tərəfdən müəyyən qədər məhdud xarakter daşımasına baxmaya-
raq, fərdi şüur bu və ya digər insanın şüuru olduğuna görə ümumini ifadə 
edir. 
Fərdi şüur insanın psixiki fəaliyyətinin mərkəzində durur. O, həmin 
fərdin mühüm və qeyri- mühüm xarakter daşıyan sosial, bioloji və digər 
tə„sirlərə münasibətinin ifadəsidir. Fərdi şüur insanın maddi və mə„nəvi 
həyatını şərtləndirən bütün amillərlə ayrılmaz surətdə bağlıdır.
Insanlar müxtəlifdir: hər bir adamın mə„nəvi aləmi başqalarından 
fərqlənir. Lakin onların şüurunda fərdi həyat şəraiti ilə müəyyən olunan 
spesifik əlamətlərlə yanaşı, ümumi xarakter daşıyan, yə„ni hamı üçün ic-
timai əhəmiyyətə malik olan cəhətlər də vardır.
Ümumi şüur, ayrı- ayrı insanların şüurunda fərdi surətdə təzahür 
edir, yə„ni fərdi şüurun prizmasından keçərək özünü göstərir. Amma icti-


443 
mai şüuru müəyyən edərkən sonuncuda baş verən hər cür fərdi, təsadüfi və 
xüsusi cəhətlər sərf nəzər olunur. Lakin özünün təsadüfiliyinə və 
özünəməxsusluğuna baxmayaraq bütövlükdə fərdi şüurun bütün 
təzahürləri yenə də ictimai şüurun ünsürlərini daşıyır. Digər tərəfdən 
nəzərdə tutulmalıdır ki, ictimai şüur özlüyündə bu və ya digər fərdin 
şüurunu tam əhatə edə bilmir. Deməli, öz məzmununa görə fərdi şüur daha 
geniş, rəngarəng və əhatəlidir. Buna baxmayaraq ictimai şüur fərdi şüura 
münasibətdə müəyyənedicidir. Ictimai şüurun məzmunu müxtəlif yollarla 
ayrı- ayrı fərdlərə çatır və onların şüurunun formalaşmasına güclü tə„sir 
göstərir. 
Fərdi şüur hər şeydən əvvəl ayrıca bir insanın ictimai həyat 
hadisələrini qavramasının fərdi xüsusiyyətləri deməkdir. Nəticə e
'
tibarilə 
fərdi şüur insanların baxışlarının mənafe və sərvət oriyentasiyalarının fərdi 
özünəməxsusluqluğunu ifadə edir. Mə
'
lumdur ki, hər bir insanın şüuru 
birbaşa və ya nəticə e
'
tibarilə bütövlükdə cəmiyyət ilə və bəşəriyyətin 
ümumi mədəniyyəti ilə şərtlənir. Belə olduğu halda insanın fərdi şüurunu 
müstəqil hadisə kimi seçib ayırmağa ehtiyac varmı? Bu suala iqrari cavab 
verilməlidir. Çünki eyni bir ictimai həyat şəraitinin və ya hadisəsinin 
anlaşılmasında müxtəlif insanlar arasında ümumi cəhətlər ilə yanaşı 
müəyyən fərqlər də özünü göstərir. Bunun nəticəsində ictimai həyatın 
in
'
ikası və onların başa düşülməsi hamıda eyni cür baş vermir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin