Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Fərdi şüurda insanın həyatı və fəaliyyət xüsusiyyətləri, onun



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə493/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   489   490   491   492   493   494   495   496   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Fərdi şüurda insanın həyatı və fəaliyyət xüsusiyyətləri, onun 
şəxsi təcrübəsi, xarakteri və temperamenti, mə
'
nəvi mədəniyyət 
səviyyəsi təzahür edir
. Buna görə də ayrıca bir insanın sosial 
mövcudluğunu şərtləndirən obyektiv və subyektiv amillər kompleksi, 
onun təkrar olunmaz mə
'
nəvi dünyasını yaradır. Fərdi şüur həmin mə
'
nəvi 
aləmin bütöv təzahürü kimi çıxış edir. 
Qeyd olunmalıdır ki, ictimai və fərdi şüur bir- birilə dialektik 
vəhdət təşkil edir. Onların sıx qarşılıqlı tə
'
sirində ictimai şüur aparıcı rol 
oynayır. Bə
'
zən belə bir fiikr söylənilir ki, ayrıca bir insan deyil, 
bütövlükdə bəşəriyyət düşünür. Əlbəttə bu fikirdə müəyyən həqiqət payı 
vardır. Çünki hər bir ayrıca insan onun mənsub olduğu cəmiyyətin və 
bəşəriyyətin ümumi fikir axınına qovuşduğu dərəcədə fikirləşir. Belə 
qovuşma prosesi aşağıdakı üç tərəfi əhatə edir: a) başqa insanlarla 
ünsiyyətə daxil olmaq; b) müxtəlif fəaliyyət növlərinə cəlb olunmaq, 
onların mənası və əhəmiyyətini anlamaq; v) keçmiş nəsillərin və müasiri 
olduğu nəslin yaratdığı maddi və mənəvi mədəniyyəti mənimsəmək 
(onların sosial mənasını başa düşməklə). 
Hər bir fərd mənsub olduğu xalqın, bütövlükdə bəşəriyyətin 
yaratmış olduğu mənəvi sərvətləri bu və ya digər dərəcədə mənimsəyir. O 
müxtəlif fəaliyyət sahələrinə və ictimai münasibətlər növünə cəlb olun-


444 
maqla təfəkkür vərdişlərinə və düşünmək formalarına yiyələnir və 
beləliklə da düşünən sosial subyektə çevrilir. 
Deyilənlər sübut edir ki, fərdi şüur ictimai şüurdan təcrid 
olunmuş halda fəaliyyət göstərmir. O daim ictimai şüur ilə qarşılıqlı 
təsirdədir
. Bu qarşılıqlı təsir aşağıdakı iki tərəfdə çıxış edir. Bir tərəfdən, 
hər bir insanın fərdi şüuru onun yaşadığı cəmiyyətdəki ictimai şüurun 
təsiri altında formalaşır və inkişaf edir. Digər tərəfdən bu və ya digər 
dövrdə fərdi şüurun nailiyyətləri (görkəmli elm xadimlərinin, 
mütəfəkkirlərin və ya sənətkarların yaratdığı yeniliklər) ictimai şüurla 
daxil olaraq, onu daha da zənginləşdirir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   489   490   491   492   493   494   495   496   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin