446
Başqa sözlə subyekt- obyekt münasibəti hələ özü- özlüyündə şüuru yarada
bilmir. Bunun üçün subyektin sosial praktikanın mürəkkəb sisteminə, ic-
timai həyat kontekstinə cəlb olunması tələb olunur. Fərdi şüurun ictimai
şüura və eləcə də ictimai şüurun fərdiyə çevrilməsini reallaşdıran mex-
anizm
ünsiyyətdir
. Şəxsi ilə fövqəlşəxsi (ictimai) şüurun qarşılıqlı
tə
'
sirində kommunikasiya çox böyük rol oynayır. Ictimai şüur nə isə
mücərrəd xalis fikir və gözəllik aləmi deyildir. Onu həm də ayrı- ayrı
fərdlərin şüurundan tamamilə müstəqil olan bir şey kimi təsəvvür etmək
doğru olmazdı. Onun müstəqilliyi nisbidir. Müqayisə üçün deyək ki,
yalnız ayrı- ayrı insanların beynindəki biliklər ilə müqayisədə dünya
kitabxanalarının zəngin bilik fondu vardır. Həmin kitabxanalar məhz bu
baxımdan mə
'
nəvi zənginlik mahiyyəti kəsb edir. Deməli konkret fərdin
qiymətverici qavrayışından kənarda obyektivləşmiş ümumi ideya ölüdür.
Dostları ilə paylaş: