Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə491/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   487   488   489   490   491   492   493   494   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

varislikdə
daha əyani çıxış edir. Bu o deməkdir ki, müəyyən 
mərhələdə duran cəmiyyətin ictimai şüuru təkcə mövcud cəmiyyətdən 
hasil edilmir. Onun tərkib hissələri (xüsusən də ideya və nəzəriyyələr) boş 
yerdə yaranmır. Onların kökləri əvvəlki dövrlərin ictimai şüurunun işləyib 
hazırladığı əsaslara söykənir. Bu mə„nada hər bir konkret şəraitdə ictimai 
şüurun məzmunu həmin şəraitin məkan və zaman çərçivəsindən kənara 
çıxır, keçmişin ideya materialından istifadə edir. Bu istifadənin xarakteri 
və dərəcəsi cəmiyyətdəki sosial qrupların və siniflərin tarixi mövqeyi ilə 
müəyyən olunur. Belə ki, onlar əvvəlki nəsillərin yaratdığı ideya 
sərvətlərinə eyni cür münasibət bəsləmirlər. 
Mütərəqqi sosial qruplar və 
siniflər əvvəlki cəmiyyətlərin müsbət ideyalarını əxz edir, mənfi və 
mürtəce cəhətləri isə kənara atır
. Ictimai inkişafda öz dövrünü keçirmiş 
olan və mürtəce rol oynayan sosial qruplar isə öz mövqelərinə uyğun ola-
raq keçmiş ideya irsinin yalnız mürtəce tərəflərini götürür, mütərəqqi 
meyllərə isə düşmən münasibət bəsləyirlər.
Məhz varislik sayəsində ictimai həyatın müxtəlif sahələrində 
nəsillərin topladığı zəngin mə„nəvi irs hifz olunub saxlanılır və inkişaf 
etdirilir. Bu onu göstərir ki, ictimai şüur təkcə mövcud ictimai həyatı əks 
etdirməklə məhdudlaşmır. Onun özünün daxili inkişaf məntiqi, 


442 
qanunauyğunluqları, prinsipləri və ən„ənələri vardır. Bunu elmin, 
incəsənətin və əxlaqın inkişafında yəqin etmək olar. Əlbəttə, varislik heç 
də həmişə pozitiv (müsbət) planda baş vermir. Bu prosesdə əvvəlki dövrün 
ictimai şüuruna xas mənfi xarakterli meyllər, qalıqlar da irsən yeni ictimai 
şüura keçə bilir. (Məsələn, insanların adət və ən„ənələrindəki mühafizəkar 
cəhətlər, dini qalıqlar). 
Ictimai şüurun nisbi müstəqilliyinin qəbul edilməsi çox mühüm me-
todoloji əhəmiyyətə malikdir. Belə ki, yalnız bu 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   487   488   489   490   491   492   493   494   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin