449
rinci halda ictimai şüurun məzmunu, onun gerçəkliyi hansı səviyyədə əks
etdirməsi əsas götürülür. Bu baxımdan yanaşdıqda ictimai şüur iki əsas
pilləyə ayrılır (adi şüur və nəzəri şüur). Onlar gerçəkliyi əks etdirmə
səviyyəsinə görə bir- birindən fərqlənir. Ictimai şüurun daxili strukturunun
qnoseoloji səpkidən təhlilində fikri əməliyyatların istiqaməti gerçəklikdən
şüura doğru yönəlir. Onun əsas nəticəsini isə idrakın yüksək pilləsi olan
ideyaların əldə edilməsi təşkil edir.
Ictimai şüurun strukturunun
sosioloji səpkisi
hər şeydən əvvəl,
onun sosioloji determinasiyası və şərtlənməsinə diqqət yetirir. Bu halda
şüurun ictimai həyatda yeri, oynadığı rol, yerinə yetirdiyi funksiyalar əsas
götürülür.
Sosioloji səpki
ictimai şüurun iki əsas səviyyəsini fərqləndirir:
ictimai psixologiya və ictimai ideologiya
. Bu bölgüdə qnoseoloji
səpkinin əksinə olaraq şüurdan gerçəkliyə doğru istiqamət götürülür. Sosi-
oloji səpkidə əsas yeri gerçəklik haqqında biliklər deyil, həmin biliklərə
münasibət, onların ictimai həyatda oynadığı rol, müxtəlif şüur
subyektlərinin (sosial qrup, xalq, millət) tələbatları və ictimai fəaliyyət
növləri ilə əlaqəsi tutur.
Qeyd olunmalıdır ki, ictimai şüuru sosioloji və qnoseoloji səpkidə
öyrənməyin özü qarşılıqlı əlaqə və vəhdətdə çıxış edir. Bu vəhdət həm
ictimai və fərdi şüurun nisbətinin, həm də ictimai şüurun müxtəlif
formalarının öyrənilməsində daha aydın aşkara çıxır.
Bu deyilənlərdən əlavə ictimai şüurun konkret tarixi tipləri
(müxtəlif formasiyalar üzrə) bir- birindən fərqləndirilir. Nəhayət ictimai
şüurun vəziyyətlərə görə təsnifat (dövrün mə
'
nəvi mühiti, ictimai əhval-
ruhiyyə və ictimai rə
'
y) da tətbiq olunur.
Ictimai şüurun aşağı,
Dostları ilə paylaş: