Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Hər bir insan dünyaya gələrkən irsən əxz olunmuş mə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə496/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   492   493   494   495   496   497   498   499   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Hər bir insan dünyaya gələrkən irsən əxz olunmuş mə
'
nəvi 
mədəniyyəti mənimsəyir
. Bu ona əsl insan mahiyyəti kəsb etməsi və in-
san kimi düşünməyi bacarması üçün lazımdır. Fərdi şüurun real varlığı 
həmişə mə
'
nəvi mədəniyyət dünyası ilə nisbətdə olur. Şəxsi şüur ayrıca bir 
insanın mə
'
nəvi dünyasıdır, ictimai şüur isə cəmiyyətin mə
'
nəvi dünyası, 
xalqın, bəşəriyyətin tarixi inkişafının ümumi ideal tərəfidir. Lakin özü- 
özlüyündə cəmiyyətin şüuru yoxdur, çünki cəmiyyətin fövqəlşəxsi beyni 
mövcud deyildir. Bununla birlikdə fərdi şüur ilə ictimai şüur arasında 
keçilməz hədd yoxdur. Onlar arasında daim qarşılıqlı tə
'
sir baş verir. 
Cəmiyyətin tarixən işləyib hazırladığı şüur normaları şəxsiyyətə mə
'
nəvi 
qida verir. Onun əqidələrinin, mə
'
nəvi tələblərinin, estetik hiss və 
təsəvvürlərinin mənbəyinə çevrilir. Bu mənada Hər bir insan öz dövrünün, 
öz xalqının yetirməsidir. Lakin ictimai şüur fərdin real mövcud olan 
şüuruna hopması vasitəsilə mövcud ola bilir. Odur ki, bu və ya digər 
fərdin şüurunda olan və elmin, incəsənətin, siyasətin, əxlaqın kontekstində 
möhkəmlənməmiş olan fikir, yalnız fikir olaraq qalır. Amma artıq fərdi 
şüur kontekstində ikən həmin fikir ictimai şüura istiqamətlənmiş olur. 
Həm də nəzərdə tutulmalıdır ki, həmin fikrin özü onun müəllifinin 
əvvəldən mənimsəmiş olduğu sosial mə
'
nəvi dəyərlərin tə
'
siri ilə yaranır.
Qeyd edək ki, sözün müəyyən mənasında fərd özü də sosial 
kateqoriyadır. Onun psixikasının məzmunu cəmiyyətin şüuru kimi sosial 
xarakter daşıyır. Lakin fərdi şüurun dünyaya münasibəti daha çox onun 
ictimai şüur formalarına münasibətindən keçərək baş verir. Ictimai şüurun 
fərdi şüura münasibətdə bu vasitələndirici rolu hələ uşağın dil öyrənməyə, 
davranış normalarını mənimsəməyə başladığı vaxtdan, hiss və 
təfəkkürünün yarandığı dövrdən başlanır. Hər bir insanın şüuru onun 
yaşadığı sosial mühitə xas olan təcrübəni, bilikləri, əqidə və inamları, 
yanlışlıqları və qiymətverməni özünə hopdurur. 


447 
Ictimai şüurdan danışarkən hər cür fərdidən, şəxsidən sərfnəzər 
olunur, bütövlükdə həmin cəmiyyət üçün və yaxud müəyyən sosial qrup 
üçün səciyyəvi olan baxışlara diqqət yetirilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   492   493   494   495   496   497   498   499   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin