Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Ictimai rəy kütlələrin ölkə daxilində və xaricdə baş verən az-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə504/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   500   501   502   503   504   505   506   507   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ictimai rəy kütlələrin ölkə daxilində və xaricdə baş verən az- 
çox mühüm əhəmiyyətli hadisə və proseslərə fəal müzakirəedici və 
qiymətverici münasibətini ifadə edir
. Burada həmin münasibət fikir və 
hisslər, bəyənmə və ya məzəmmətetmə şəklində ifadə olunur. O sosial 
nəzarəti həyata keçirməyin çox mühüm formasıdır. Napoleon həmişə 
deyərdi ki, son və həlledici sözü həmişə ictimai rəy söyləyir. Ictimai rəyin 
çıxardığı hökm öz təsir gücünə görə məhkəmə hökmündən az təsirli deyil-
dir. Buna görə də cəmiyyətdəki hər hansı bir ideyanın həyatilik dərəcəsi 
ona ictimai rəyin necə münasibət bəsləməsi ilə müəyyən olunur. 
Ümummilli səviyyədə ictimai rəyi ifadə etməyin mühüm bir 
forması 
referendumdur
. Sivil qaydada və demokratik əsaslarla həyata 
keçirilən referendium xalqın öz iradəsini bildirməsinin çox mühüm yolu-
dur. Azərbaycanda taleyüklü məsələlər üzrə keçirilmiş referendumlar bu-
nu bir daha sübut edir. 
Ictimai rəy bütövlükdə cəmiyyət miqyasında və yaxud da ayrı- ayrı 
sosial qruplar səviyyəsində həyata keçirilə bilir. Sonra, ictimai rəy adi 
gündəlik həyat səviyyəsində, habelə elmi şüur səviyyəsində çıxış edir. 
Qeyd olunmalıdır ki, ictimai rəy heç də həmişə doğru olmur. Burada 
bəzən yalan da özünü göstərə bilir. Ictimai rəydə faktiki olaraq rəylərin, 
baxışların və verilmiş qiymətlərin rəngarəngliyi mövcuddur. 
Ictimai rəyin formalaşması bir çox obyektiv və subyektiv 
amillərin birgə təsirilə baş verir
. Hər bir dövrdə hakimiyyətdə olan so-
sial qüvvələr (dövlət, siyasi partiyalar və təşkilatlar) ictimai rəyin 
yaranmasına öz mənafelərinə uyğun, məqsədyönlü təsir göstərirlər. Ictimai 
rəyin formalaşmasında kütləvi informasiya vasitələri (mətbuat, radio və 
televiziya) çox mühüm yer tutur. Onlardan əlavə sosial informasiyanı 
ifadə edən müxtəlif formalar, o cümlədən də şayiələr bu prosesdə 
müəyyən rol oynayır. 
Qeyd olunmalıdır ki, ictimai rəyin formalaşması prosesində həm 
kortəbiilik, həm də şüurluluq özünü göstərir. Hazırda dövlət müxtəlif par-
tiyalar və ictimai təşkilatlar ictimai rəyin formalaşmasında şüurluğun ro-
lunun artmasını təmin edirlər. Lakin bu prosesdə kortəbii amillər müəyyən 
qədər qalır. Buna görə də kütlələrin gündəlik həyat fəaliyyətinin bilavasitə 


454 
təsiri altında formalaşan kortəbii, bəzən də yalnış və səthi forma alan icti-
mai rəyə məqsədyönlü istiqamət verilməsi zəruridir. 
Ictimai rəyin cəmiyyətdə rolu quruluşun xarakterindən, əhalinin so-
sial proseslərdə iştirak etmə dərəcəsindən, şüurluluğu və mədəniyyəti 
göstəricilərindən asılıdır. Bu mənada müasir cəmiyyətin daha da 
demokratikləşməsi gedişində ictimai rəyin ölkə daxilində və beynəlxalq 
miqyasda qarşıya çıxan problemlərin həllində təsir gücü də artır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   500   501   502   503   504   505   506   507   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin