Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


adi və nəzəri səviyyələri arasındakı



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə503/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   499   500   501   502   503   504   505   506   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

adi və nəzəri səviyyələri arasındakı 
həddlər keçilməz olmayıb, nisbi xarakter daşıyır
. Bu iki səviyyə 
qarşılıqlı tə
'
sir edərək bir- birini zənginləşdirir. Belə ki, adi şüur bütün 
dövrlərdə nəzəri şüurun inkişafı, onun müxtəlif formalarının 
təkmilləşməsinin mənbəyini təşkil etmişdir. Digər tərəfdən isə hər bir ta-
rixi mərhələdə xalq kütlələrinin adi şüuru, onun məzmunu öz dövrünün 
nəzəri, elmi bilikləri ilə tamamlanır, zənginləşir və inkişaf edir. 
Ictimai şüurun strukturunda 
kütləvi şüur 
da mühüm yer tutur, 
kütləvi şüur adi şüur ilə çox sıx əlaqəlidir. Adi şüur kimi kütləvi şüur da, 
maddi həyat proseslərini bilavasitə in
'
ikas etdirir. Lakin onları tam 
eyniləşdirmək olmaz. Hər şeydən əvvəl, kütləvi şüur müxtəlif fərdlərin adi 
şüurunun məcmusu kimi çıxış edir. Lakin adi şüur ilə kütləvi şüurun 
fərqini təkcə kəmiyyətə müncər etmək olmaz. Fərdlərin adi şüurunun 
kütləvi şüura keçməsi həm də müəyyən keyfiyyət dəyişikliyi yaradır. Bu 
onunla şərtlənir ki, cəmiyyət onu təşkil edən fərdlərin mexaniki məcmusu 
deyildir. 
Kütləvi şüur insanların ictimai- siyasi təcrübəsi ilə sıx bağlıdır. O, 
insanların ictimai fəaliyyətinin müxtəlif sahələrində (əmək prosesində, 
sosial və mə
'
nəvi fəaliyyət sahələrində) empirik təcrübə əsasında 
formalaşan bilikləri, normaları və kortəbii təsəvvürləri əhatə edir. 
Bütün cəmiyyətlərdə kütləvi şüur 
ictimai rəy
ilə vəhdətdə mövcud 
olur. Ictimai rə
'
y dedikdə cəmiyyətdəki böyük insan birliklərinin sosial 
həyatda baş verən hadisələri qiymətləndirməsi nəzərdə tutulur. O, ictimai 


453 
mühitdə baş verən proseslərə geniş xalq kütlələrinin münasibətini ifadə 
edir. Ictimai rə
'
y cəmiyyət həyatında mühüm rol oynayır. O, ictimai 
münasibətləri, insanların davranış və hərəkətlərini pisləmək və ya əksinə, 
onlara haqq qazandırmaq yolu ilə, bunları tənzim etməyin mühüm vasitəsi 
kimi çıxış edir. Cəmiyyət inkişaf etdikcə rə
'
yin nüfuz dairəsi genişlənir və 

'
sir gücü artır. Bu mə
'
nada müstəqillik yolu ilə irəliləyən Azərbaycan 
cəmiyyətində ictimai rə
'
y böyük nüfuza malikdir, o təkcə mə
'
nəvi sahə ilə 
məhdudlaşmır, getdikcə daha çox digər fəaliyyət sahələrini əhatə edir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   499   500   501   502   503   504   505   506   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin