451
Deyilənlərdən aydın olur ki, adi şüurun fəaliyyət dairəsi xeyli
dərəcədə genişdir. O həyatda rast gəlinən bir çox hadisə və prosesləri
«sağlam düşüncə» səviyyəsində izah edir və həyat təcrübəsinə
əsaslanmaqla düzgün qərarlar qəbul etmək imkanı verir. Insanların
həyatında və cəmiyyətin inkişafında adi şüurun yeri və rolu bununla
müəyyən olunur.
Adi şüur mə
'
lumatlarının gündəlik həyat təcrübəsinə əsaslanmasına
baxmayaraq, burada faydalı cəhətlər çoxdur. Onlar insanların dünyada
səmtləşməsində, istehsalda və fəaliyyətin digər sahələrində köməyə gəlir.
Belə mə
'
lumatlar öz məzmununa görə xeyli dərəcədə geniş olur. Onlar
dünya və təbiət hadisələrini, əmək fəaliyyətini, iqtisadi münasibətləri, ailə
və məişəti, əxlaq və incəsənəti əhatə edir. Xüsusilə də xalq yaradıcılığı ilə
bağlı olan sahələrdə adi şüur həqiqətləri daha çox kara gəlir.
Bununla yanaşı göstərilməlidir ki, adi şüurda illüziyalar, mücərrəd
və təxmini fikirlər və hətta səhv mülahizələr və qalıqlar özünü göstərir.
Adi şüurdan fərqli
olaraq nəzəri şüur ictimai həyat hadisələrinin
dərindən mə
'
nalandırılması deməkdir
. Bu onların mahiyyətini və ob-
yektiv inkişaf qanunlarını dərk etmək yolu ilə həyata keçirilir. Odur ki,
nəzəri şüur ictimai şüurun yüksək səviyyəsini ifadə edir. Nəzəri şüurun
məzmunu çox müxtəlif sahələri əhatə edir. Buraya ictimai həyatın bütün
sferalarında mövcud olan hadisə və proseslərin ümumiləşdirilmiş in
'
ikası
daxildir.
Dostları ilə paylaş: