448
şüur, müəyyən bir xalqın ruhu elə bir substansiyadır ki, onun
aksidensiyasını (xassəsini, keyfiyyətini) ayrıca insanın şüuru təşkil edir».
1
Deməli ictimai şüur ayrı- ayrı fərdlərin şüurunun miqdarca
toplanmış forması deyil? onların vəhdəti əsasında yaranan yeni
keyfiyyətdir. O elə bir spesifik ideal gerçəklikdir ki, hər bir fərd onun
tələbləri və iradəsi ilə hesablaşmağa məcburdur. Başqa sözlə ayrıca fərd
təbiət hadisələrindən asılı olduğu kimi müəyyən mənada bu ideal
gerçəklikdən də asılıdır. Lakin ictimai şüur fərdi şüura münasibətdə kənar
mexaniki qüvvə kimi çıxış etmir. Hər bir insan bir tərəfdən ona qarşı du-
rursa, digər tərəfdən də müxtəlif şəkildə (fərdi keyfiyyətlərə uyğun olaraq)
o qüvvəni özündə hopdurur, qəbul edir, ona reaksiya verir və tə
'
sir
göstərir. Bundan əlavə hər bir fərdi şüur həm də özünün spesifik inkişaf
mənbələrinə malikdir. Buna görə də o ümumbəşəri mədəniyyətə
qovuşmuş olsa da, öz təkrarolunmazlığını saxlaya bilir.
Beləliklə şüurun varlığı təkcə şəxsi formada çıxış etmir. Ictimai
şüurun daşıyıcıları təkcə fərdlər deyil, həm də sosial qruplar və bütövlükdə
cəmiyyətdir. Əgər onun daşıyıcısı yalnız fərd olsaydı, onda fərdi və icti-
mai şüur arasında heç bir fərq olmazdı. Ictimai şüuru fərdlərin şüurlarının
orta hesabla götürülmüş tipi kimi təsəvvür etmək də doğru deyildir. Eynilə
də fərdi şüurun yalnız bu və ya digər şəxsin xüsusiyyətləri ilə şərtləndiyini
söyləmək yanlışlıqdır.
Ictimai və fərdi şüurun qarşılıqlı əlaqəsi konkret- tarixi mə
'
na kəsb
edir. Bu o deməkdir ki, həmin əlaqənin məzmunu mövcud cəmiyyətin
səviyyəsi və xarakterindən asılıdır.
Ictimai və fərdi şüurun münasibətini düzgün anlaşılmaması
ehkamçılığa və volyuntarizmə gətirib çıxarır.
Dostları ilə paylaş: