ictimai psixologiya təkcə emo-
sional münasibət ifadə etməklə məhdudlaşmır.
Burada həm də müəyyən qədər intellektual tərəf özünü göstərir . Başqa sözlə, ictimai psixologiya
emosional və intellektual tərəflərin (birincinin üstün yer tutması şərtilə)
vəhdəti kimi çıxış edir. Onu həm də sosial qrupların və milli birliklərin
psixiki həyat tərzi kimi də səciyyələndirmək mümkündür (məsələn sosial
qrupların psixologiyası və milli psixologiyanı ifadə edən milli xarakter).
Insanların müəyyən sosial qruplara differensiasiyası, onların fəaliyyət və
davranışındakı müxtəliflik, müvafiq surətdə onların psixiki həyat tərzində
də müəyyən rəngarənglik yaradır. Beləliklə ictimai psixologiya
gerçəkliyin qavranılmasına və ona münasibətə görə olan əqidələr, inamlar,
etiqadlar, sosial ustanovkalar formasında təzahür edir.
1
Ictimai psixologiya adi şüur səviyyəsi ilə çox yaxındır. O da adi
şüur kimi sosial həyatın üzdə olan zahiri tərəfləri və münasibətlərini əks
etdirir. Özünün sistemsizliyi və epizodikliyi ilə seçilir. Sonra, onların hər
ikisi böyük insan kütlələrinin (sinfin, sosial qrupun, millətin və xalqın)
şüurunu ifadə edir.
Bu ümumi, oxşar cəhətlərinə baxmayaraq onları eyniləşdirmək ol-
maz. Əvvəla, ona görə ki,
öz məzmununa görə adi şüur ictimai psixolo- giyadan geniş anlayışdır . Belə ki, o təkcə cəmiyyətdəki hadisələri və
prosesləri deyil, həm də təbiət və bütövlükdə dünya haqqında ilkin
bilikləri əhatə edir (təbiətdə baş verən hadisələr, onların üzdə olan
səbəblri, dünya binasının quruluşu haqqında ibtidai təsəvvürlər və sair).
Digər tərəfdən adi şüurdan fərqli olaraq ictimai psixologiya təkcə sosial
həyatı əks etdirməklə məhdudlaşmır, həm də buradakı hadisə və
proseslərə müvafiq sosial qrupların mənafeləri baxımından bildirilən
münasibəti və verilən qiyməti ifadə edir.
Ictimai psixologiyanın sosial təsir gücü adi, gündəlik şüurunkundan
çoxdur. Bu xüsusilə müharibə və sosial gərginlik şəraitində özünü daha
aydın göstərir. Belə hallarda kütlələrin ictimai psixologiyası, onların
coşğunluğu və əhval- ruhiyyəsi, ədalətlilik hissi, haqq işi uğrunda hətta öz
canından keçmək əzmi adi şüurdan yüksəyə qalxır, qüdrətli sosial amil
rolunu oynayır. Buradan aydın olur ki, ictimai psixologiyada adi, gündəlik
şüur ilə yanaşı, həm də nəzəri şüurun müəyyən ünsürləri vardır. Bu sonun-
1
Bax: Уледов А.К. Структура общественного сознания. М., 1968, с.180.
456
culara misal olaraq sosial xarakterin, təfəkkür tərzinin, sosial mənafelərin
dərk olunması ünsürlərini göstərmək olar.