Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə514/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   510   511   512   513   514   515   516   517   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

6. Ictimai şüurun formaları 
Ictimai şüurun mühüm bir struktur bölgüsünü onun formaları təşkil 
edir. Bu formalar aşağıdakılardır: siyasi şüur, hüquq, əxlaq, elm, fəlsəfə, 
estetik şüur və din. Ictimai şüurun bu formalara ayrılması bir sıra 
me„yarlar üzrə aparılır: 
Birincisi, 
ictimai şüur formaları bir- birindən əks 
etdirdikləri predmetlərə (in„ikasın predmetinə) görə fərqlənirlər. Məsələn, 
siyasi şüur siniflər, sosial qruplar, millətlər arasında hakimiyyətə görə 
münasibətləri və dövlətlər arasındakı münasibətləri əks etdirir. Ondan 


462 
fərqli olaraq əxlaqi şüur şəxsiyyətlərarası münasibətlərin mə„nəvi, norma-
tiv davranışlarını ifadə edir. Qeyd olunmalıdır ki, təkcə bu me„yar kifayət 
deyildir. Çünki ona əsasən fəlsəfə və elm kimi formaları bir- birindən 
fərqləndirmək demək olar ki, qeyri- mümkündür. Deməli başqa əlamətlərə
də əsaslanmaq lazımdır. 
Ikinci
me„yar in„ikasın forması hesab olunur. Bu 
əlamətə görə şüur formalarının fərqləndiyini aşağıdakı misaldan görmək 
olar. Elm gerçəkliyi anlayış, hipotez, nəzəriyyə formasında, incəsənət 
bədii obrazlarda, əxlaq isə əxlaqi hisslər, normalar, dəyərlər və ideallar 
formasında əks etdirir. Göründüyü kimi bu me„yar mühüm rol oynayır. 
Lakin o da kifayət deyildir. Çünki bə„zi şüur formaları bu göstəriciyə görə 
bir- birinə çox yaxındır, elələri də vardır ki, xeyli uzaqdır. 
Üçüncü, 
ictimai 
şüur formaları öz inkişafı xüsusiyyətlərinə görə bir- birindən ayrılırlar. 
Bunun aydın nümunəsini elm ilə incəsənətin müqayisəsində görmək olar. 
Belə ki, elmdə idraki tərəqqi daim baş verir və irəliyə doğru yönəlir. 
Incəsənətdə isə idraki tərəqqi heç də həmişə onun inkişafının əsas 
göstəricisi rolunu oynamır. Çünki incəsənətin inkişafı estetik me„yarlar ilə 
ölçülür. Elmdə isə sonuncular o qədər də mühüm deyildir. Deməli bu və 
ya digər şüur formasını başa düşmək üçün onun xüsusiyyətlərini aşkar 
etmək və buna əsaslanmaqla onun inkişaf me„yarlarını müəyyən etmək 
lazımdır. 
Dördüncüsü, 
ictimai şüur formaları həm də yerinə yetirdikləri so-
sial funksiyalara görə fərqlənir. Bu me„yar onlar arasında praktiki 
cəhətdən ayrılığı göstərir. Məsələn, elm əsas e„tibarilə idraki və praktiki 
funksiya (təbiəti, cəmiyyəti və insanı dəyişdirməyin mənbəyi) yerinə yeti-
rir. Incəsənət isə idraki, ideoloji (tərbiyəvi) və estetik funksiyaları ilə 
səciyyələnir. Yaxud da əxlaqi şüur şəxsiyyətin mə„nəvi inkişafının əsası, 
insan davranışının daxili tənzimedici amilidir. 
Qeyd edək ki, sonuncu me„yar çox mühümdür. O bir növ 
yekunlaşdırıcı rol oynayır. Həmin əlamətə görə ictimai şüur formaları iki 
böyük qrupa ayrılır. 
Birinci qrupa
siyasi şüur, hüquq və əxlaq daxil edi-
lir. Onlar insanlar arasındakı münasibətlərin tənzim olunması ilə 
əlaqəlidir. Buna görə də sosial gerçəkliyi mə„nəvi- praktiki mənimsəmə 
formaları kimi çıxış edirlər. 
Ikinci qrup,
elmi, incəsənəti və fəlsəfəni 
əhatə edir. Onlar insanı əhatə edən bütün gerçəkliyi mə„nəvi və mə„nəvi- 
praktiki mənimsəmə formalarıdır. Bu münasibətdə din aralıq mövqe tutur. 
Belə ki, o həm dünyagörüşü formasıdır, həm də insanlar arasındakı 
münasibətləri tənzim edir. 
Göstərilməlidir ki, ictimai şüuru formalara ayırarkən bu me„yarlar 
ayrı- ayrılıqda deyil, vəhdətdə götürülməlidir. 
Ictimai şüurun yuxarıda göstərilən formalarına son dövrlərdə iqti-
sadi və ekoloji şüur formaları da əlavə olunur. 


463 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin