Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Ictimai şüur formaları öz yaranma tarixinə görə də bir- birinə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə515/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   511   512   513   514   515   516   517   518   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ictimai şüur formaları öz yaranma tarixinə görə də bir- birinə 
fərqlənirlər
. Digər tərəfdən tarixi inkişafın müxtəlif mərhələlərində 
onların nisbəti dəyişilir. Belə ki, ibtidai icma cəmiyyətində ictimai şüurun 
əxlaq, incəsənət və din kimi formaları mövcud olmuşdur. Sinifli 
cəmiyyətin yaranması ilə yeni formalar (siyasət və hüquq) meydana 
gəlmişdir. Sonrakı cəmiyyətlərin hər birində bu formaların qarşılıqlı əlaqə 
və nisbəti eyni olmamış, tarixən dəyişmişdir. Hər bir dövrdə mövcud so-
sial və mə„nəvi şəraitdən asılı olaraq bu və ya digər ictimai şüur forması 
başqalarına nisbətən aparıcı rol oynayır. Məsələn, feodalizmdə dini şüur 
bütün digər formalar üzərində üstünlük təşkil etmişdir. Müasir dövrdə isə 
elmin və siyasətin ön plana keçməsi müşahidə olunur. Ictimai şüur 
formaları gerçəklikdə bir- birindən təcrid olunmuş halda deyil, çulğaşmış 
şəkildə mövcuddur. Xüsusilə də ayrı- ayrı sosial və etniki birliklərin icti-
mai şüurunda bu formalar bütöv xarakter daşıyır, yəni siyasi, hüquqi, 
əxlaqi, estetik və dini baxışlar birlikdə çıxış edir. Indi də şüur formalarının 
hər birinin qısaca səciyyəsini verək. 
SIYASI ŞÜUR 
 
Ictimai şüur formaları içərisində siyasi şüur xüsusi yeri tutur. Çünki 
o iqtisadi münasibətləri, sosial mənafeləri və sosial əlaqələri daha dolğun 
və birbaşa əks etdirir. Digər tərəfdən siyasi şüur dövlətlə və hakimiyyətlə 
sıx bağlıdır. Nəhayət o, bu əlamətlərə malik olduğuna görə digər şüur 
formalarına güclü tə„sir edə bilir. 
Siyasi şüura aşağıdakı kimi tə„rif verilir:
 Siyasi şüur böyük sosial 
qrupların əsas mənafelərini, onların bir- birinə və siyasi institutlara 
münasibətini əks etdirən hisslərin, ən„ənələrin, ideyaların və nəzəri 
sistemlərin məcmusudur. 
Siyasi şüurun mühüm xüsusiyyətini onun çoxölçülü olması, daxili 
ziddiyyətliliyi təşkil edir. Siyasi şüur, sosial qrupların etniki birliklərin və 
ayrı- ayrı şəxsiyyətlərin siyasi davranışı və hərəkətlərinin əsasında durur. 
O, cəmiyyətin varlığının bütün tərəflərinə güclü tə„sir göstərir. 
Onun başqa şüur formalarından fərqi, bir tərəfdən cəmiyyətin siyasi 
varlığını əks etdirməsində, digər tərəfdən isə idrakın subyektinin çox 
aydın ifadə olunmasındadır. 
Siyasi şüur siyasi münasibətləri, siyasi institutların fəaliyyətini və 
bütövlükdə cəmiyyətin siyasi həyatını əks etdirir. O siniflərin, sosial 
qrupların, millətlərin və dövlətlərin əsas mənafelərini ifadə edən ideyaların 
və təsəvvürlərin məcmusudur. Siyasi şüur quldarlıq cəmiyyətində, 
dövlətin və dövlət hakimiyyətinin şüurda mə„nalandırılması nəticəsi kimi 
yaranmışdır. 


464 
Siyasi şüur partiyaların, sosial qrupların və etniki birliklərin 
fəaliyyəti və kütləvi hərəkatlar vasitəsilə reallaşır. O siyasi sistemin 
ayrılmaz tərəfi, onun möcudluğu və inkişafının mühüm amilidir. Siyasi 
şüur həm də sinfin, sosial birliyin, millətin öz- özünü dərk etməsi ilə sıx 
bağlıdır. Özünüdərk (mənlik şüuru) sosial birlik formasının fəallığını 
yüksəldir, onun öz mövqeyinə inamını və gücünü möhkəmləndirir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   511   512   513   514   515   516   517   518   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin