Adi siyasi şüurun anlayışları, norma və qanunları yalnız gündəlik praktikada işlənilə bilir . Onlar nəzəri şüur səviyyəsində demək olar ki, tətbiq olunmur. Bu
fakt adi şüurun rolunu azaltmır. O, insanların geniş məzmunlu ictimai
məsələlərə, qlobal problemlərə birbaşa reaksiyasını ifadə edir, onlara
qiymətverici münasibəti bildirir. Bunlar isə gündəlik siyasətdə, ideo-
logiyada və təbliğatda az rol oynamır.
Adi siyasi şüurdan danışarkən onun gərgin dramatik xarakteri,
ziddiyyətli təbiəti mütləq qeyd olunmalıdır. Bu əlamətlər siyasi həyatın öz
təbiətindən irəli gəlir.
Sosial birliklərin, millətin, partiyaların tələbatlarını obyektiv
mənafeylərini və
vəziyyətlərini siyasi ideologiya, sistemləşdirilmiş nəzəri şüur əks etdirir . O gündəlik həyat praktikasının doğurduğu
hisslərin, e„tiqadların, obraz və fikirlərin, habelə gələcəyi sezmənin və
yanlışlıqların üzərində yüksəlir.
Siyasi ideologiya sosial birliyin, partiyanın mənafeləri və
vəziyyətini ümumiləşdirilmiş formada ifadə edir. Buna görə də o öz sub-
yektinin sosial münasibətlər sistemində mövqeyinin onun digər sosial
qruplar və dövlət hakimiyyəti ilə münasibətlərinin nəzəri təhlilinə
əsaslanır. Beləliklə
siyasi ideologiya sosial subyektlərin baxışlar siste- mi, onların əsas mənafelərinin, proqram xarakterli məqsədlərinin və strateji vəzifələrinin nəzəri ifadəsidir. Bütövlükdə siyasim ideologiya aşağıdakı əsas elementlərdən
ibarətdir: 1) dövrün ümumi dünyagörüşü sistemi ilə əlaqə; 2) bu sistemin
əsas müddəalarına arxalanmaqla işlənib hazırlanan proqram ustanovkalar;
3) proqram ustanovkaların reallaşdırılması strategiyası; 4) proqramın
təbliğ edilməsi; 5) proqramı reallaşdırmaq yolunda atılacaq konkret
addımlar.
1
Siyasi ideologiya mühüm inteqrativ (birləşdirici) funksiya yerinə
yetirir. Belə ki, o mənafelərini əks etdirdiyi sosial birlik formasına (sinfə,
sosial qrupa, millətə, dövlətə) daxil olan insanların mütəşəkil fəaliyyətini
tə„min edir.
Siyasi ideologiyanın mühüm bir cəhəti, onun siyasi reallığa və
fəaliyyətə istiqamətlənməsidir. O həmişə əhali içərisində daha geniş
yayılmağa və özünə mümkün qədər daha çox tərəfdar tapmağa cəhd
göstərir. Bu baxımdan müasir cəmiyyət müxtəlif ideoloji sistemlərin,
ideya- siyasi cərəyanların və istiqamətlərin mübarizə meydanını təşkil
edir. Əlbəttə bu deyilənlərdən belə nəticə çıxarılmamalıdır ki, cəmiyyətdə
1
Bax: Философия. V.Qubinin redaktəsi ilə. M.,1998, s.244.
466
siyasi ideologiyanın müxtəlifliyinə yol verilməməlidir.