Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


onun əsas müddəalarının əhalinin real siyasi şüur səviyyəsi ilə uyğun



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə519/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   515   516   517   518   519   520   521   522   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

onun əsas müddəalarının əhalinin real siyasi şüur səviyyəsi ilə uyğun 
gəlməsi, kütlənin siyasi qərarları qavrama qabiliyyəti də mütləq 
nəzərə alınmalıdır
. Bundan aydın olur ki, milli dövlət quruculuğu və açıq 
demokratik cəmiyyətə keçid şəraitində kütləni qarşıya qoyulmuş siyasi 
müddəaları və çağırışları qəbul edəcək dərəcədə hazırlamaq son dərəcə 
zəruridir. Bu, siyasi şüuru cəmiyyət həyatında baş verən əsaslı keyfiyyət 
dəyişikləri ilə uyğunlaşdırmağın mühüm yoludur. Müasir dövrdə bazar 
münasibətlərinə keçid prosesində siyasi şüur qarşısında da mühüm 
vəzifələr irəli sürülür. 
Hər şeydən əvvəl siyasi şüur və psixoloji usta-
novkalar cəmiyyətdə gedən nəhəng miqyaslı proqrama doğru 
yönəldilməlidir
. Digər tərəfdən uzun illər ərzində siyasi şüurda kök 
salmış stereotipləri, köhnəlmiş ən„ənələri aradan qaldırmaq zəruridir. Bir 


467 
sözlə siyasi şüurun psixoloji və ideoloji əsaslarını yeniləşdirmək, ictimai 
inkişafın vaxtı çatmış tələbatı və qanunauyğunluğudur. 
HÜQUQI ŞÜUR 
Hüquqi şüur ictimai şüurun mühüm bir formasıdır. O cəmiyyətdə 
mövcud olan hüquqi baxışların, nəzəriyyə və hisslərin məcmusunu ifadə 
edir. O, hüquqi münasibətləri, sosial və etniki birliklərin və bütövlükdə 
cəmiyyətin tələbatlarına və mənafeyinə uyğun olaraq əks etdirir. Bu şüur 
formasında insanların azadlıq, ədalət və ədalətsizlik haqqında təsəvvürləri, 
hüquqi bilikləri, habelə cəmiyyətdəki hüquq orqanlarının fəaliyyətinə 
verilən qiymət əhatə olunur. Hüquqi şüur həm də cəmiyyətdə sosial 
qrupların və etniki birliklərin real hüquqi vəziyyətini əks etdirir. 
Hüquqi şüurda insanların davranış, hüquqları və vəzifələri, 
qanuni və qanuna zidd olan haqqında biliklərinin ölçüsünü ifadə edən 
təsəvvürləri və anlayışları birləşir
. O həm də hüquqi nəzəriyyələri və 
hüquqi ideologiyaları əhatə edir. Göründüyü kimi hüquqi şüur öz 
məzmununa görə çox genişdir. O ictimai münasibətlərin (iqtisadi, sosial, 
siyasi və s.) hüquqi səpkisinin ideya ifadəsi kimi çıxış edir. Hüquqi şüur 
real hüququn tə„siri altında formalaşır, hüquqi normalar və qanunlar 
vasitəsilə həyata keçirilir. Mövcud cəmiyyətdəki müxtəlif hüquq 
subyektlərinin (fərdlər, təşkilatlar, müəssisələr, əmək kollektivləri, vəzifəli 
şəxslər və başqaları) sosial- iqtisadi fəaliyyətini tənzim edən hüquqi 
normativləri və qanunları ifadə edən biliklər və qiymət də hüquqi şüura 
daxildir. Bundan əlavə hüquq, azadlığın imkanlarını, hüdudlarını və struk-
turunu müəyyənləşdirir, onun dövlət tərəfindən qanunvericilik yolu ilə 
rəsmi müdafiə edən forması, normaları və ölçüsü kimi çıxış edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin