469
(seçib seçilmək, siyasi həyatda iştirak hüququ) və mədəni sahədə (təhsil
hüququ və s.) hüququ göstərmək olar.
Bütövlükdə hüquqdan fərqli olaraq hüquqi
şüur məcburi xarakter
daşımır, dövlətin məcburiyyət gücü ilə tə„min edilmir. O müxtəlif sosial
qrupların və birliklərin mövcud hüquq və hüquq qaydaları haqqında
təsəvvürləri və onlara münasibəti kimi yaranır. Bu zaman hər bir sosial
subyekt hüquqa öz mənafeləri baxımından qiymət verir.
Buna görə də
müxtəlif birliklərin hüquqi şüuru bir- birindən fərqlənə bilir.
Siyasi
hakimiyyətdə olan qurumun hüquqi şüuru mövcud hüquq
normalarını ədalətli hesab edir və onların qorunub saxlanmasına
haqq qazandırır. Müxalifəti təmsil edən sosial qrumların hüquqi
şüuru isə buna qarşı çıxır, onu ədalətsiz hesab edir.
Hüquq ilə hüquqi şüurun bir fərqi də bundadır ki, əgər birinci
nisbətən sabitdirsə və müəyyən qədər
ətalət qüvvəsinə malikdirsə, ikinci
daha çevik və dəyişkən xarakter daşıyır. Belə ki, istehsal,
bölgü və
mübadilə münasibətlərində baş verən dəyişikliklər, hüquqi şüurda özünün
müvafiq əksini və qiymətini tapır.
Hüquqi şüur, siyasi və əxlaqi şüur arasında bir növ aralıq mövqeyi
tutur. O siyasi şüurdan fərqli olaraq dövlətə siyasi fəaliyyət obyekti kimi
yanaşmır. Hüquqi şüura görə dövlət sözsüz tabe olmalı olan tənzim edici
qüvvədir. Əxlaqi normalar isə dövlət tərəfindən yaradılmır. Onları insanlar
işləyib hazırlayırlar. Onlar qanun qüvvəsinə malik deyildir, yalnız
qiymətverici xarakter daşıyır. Hüquqi şüurda
isə bundan fərqli olaraq
yerinə yetirilməli olan və ədalətli hesab olunan hərəkət dövlət qanunu ki-
mi çıxış edir. Hüquqi şüur məcburiyyət elementini əhatə edir. Əks halda o
sözün əsl mə„nasında hüquq olmazdı, əxlaq olardı. Bununla yanaşı
göstərilməlidir ki, hüquq əxlaq ilə sıx əlaqəlidir. Onlar qarşılıqlı surətdə
bir- birinə tə„sir edirlər. Hüquq həmişə əxlaqın müdafiəsinə ehtiyac hiss
edir. Ş.Monteskyo yazırdı: «Əxlaq və
adətlər qanunlar tərəfindən
müəyyən edilməyən qaydalardır... Qanun ilə əxlaqın fərqi bundadır ki,
birinci əsasən vətəndaşın hərəkətlərini, ikinci isə insanın hərəkətini
müəyyənləşdirir.»
1
hüququn əxlaq ilə sıx əlaqəsi bunda təzahür edir ki, ədalətli hüqu-
qun yerinə yetirilməsi özü mə„nəvi - əxlaqi mahiyyət kəsb edir. Həm
əxlaqi həm də hüquqi şüur insanın və cəmiyyətin vahid bütöv mə„nəvi
həyatının iki bir- öirilə əlaqəli, müxtəlif tərəfidir. Odur ki, cəmiyyətin hər
bir üzvünün yüksək əxlaqa və mədəniyyətə malik olması, hüquqi şüurun
təkmilləşməsinin vacib şərtidir.
1
Монтескйо Ш. Избранные произведения. М. 1995с. 417.