Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Əxlaqi anlayışlar sistemində vicdan xüsusi yer tutur



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə529/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   525   526   527   528   529   530   531   532   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Əxlaqi anlayışlar sistemində vicdan xüsusi yer tutur
. Vicdan 
şəxsiyyətin mənəvi özünənəzarət qabiliyyəti, öz qarşısına müstəqil surətdə 
əxlaqi cəhətdən sanksiyalaşmış məqsədlər qoymaq və etdiyi hərəkətə 


476 
qiymət vermək qabiliyyətidir. O həm də insanın öz hərəkətləri üçün şəxsi 
məsuliyyət hiss etməsi deməkdir. Vicdan insanın daxili hakimidir. Normal 
insan üçün onun qərarı hər şeydən üstündür. Vicdanın səsi insan 
şəxsiyyətinin saxtalaşmasının, ikiüzlüyünün qarşısını alır. 
Əxlaqi kateqoriyalar içərisində şəxsiyyətin ləyaqəti də mühüm 
yer tutur
. O insanın öz ictimai qiymətini və hüququnu başa düşməsi 
deməkdir. Insan ləyaqətinin ölçüsü ictimai faydalı əmək və cəmiyyətə 
xeyir vermək hesab olunur. 
Əxlaqın digər bir əsas məsələsi 
insan həyatının mənasıdır
. Bu, 
şəxsin öz subyektiv mövqeyini, ustanovkalarını və hərəkətlərini 
cəmiyyətin inkişafının ümumi meylləri ilə nə dərəcədə uyğunlaşdıra 
bilməsində ifadə olunur. Həyatın mənası 
xoşbəxtlik anlayışı ilə sıx 
bağlıdır. 
Xoşbətlik həyatın dolğunluğu deməkdir
. Onun əsas 
göstəricisini insanın öz fəaliyyətinin doğruluğunu, böyüklüyünü, 
əzəmətliliyini başa düşməsi nəticəsində aldığı mənəvi ləzzət təşkil edir. 
Xoşbəxtliyin sirri həm başqa insanlara, həm də özünə sevinc gətirmək 
məharətindədir. Xoşbəxtlik həyatı elə təşkil etmək deməkdir ki, insan 
özünün yaradıcılıq qabiliyyəti və imkanlarını tam dolğunluğu ilə 
reallaşdıra bilsin. Deməli onun mühüm mənbəyini insanın öz fiziki və 
mənəvi qüvvələrini dolğun təzahür etdirə bilməsi təşkil edir. Xoşbəxtlik 
çoxtərəfli anlayışdır. Lakin onun mərkəzində insanın məşğul olduğu konk-
ret sahədə əsl yaradıcı fəaliyyət göstərə bilməsi durur. 
Yuxarıda deyilənlər sübut edir ki, müasir cəmiyyətdə 
şəxsiyyətlərarası münasibətlərin tənzim edilməsində, bütövlükdə 
cəmiyyətin, habelə onun hər bir üzvünün normal inkişafının təmin 
olunmasında əxlaqi şüur artmaqda olan rol oynayır. 
ESTETIK ŞÜUR 
Ictimai şüurun ən qədim formalarından biri estetik şüurdur (hərfi 
mənası hissi, hissedən deməkdir). O bizi əhatə edən dünyanı konkret- his-
si, bədii obrazlar vasitəsilə əks etdirir. Çox vaxt estetik şüur və incəsənət 
anlayışlarını eyniləşdirirlər. Doğrudan da onlar bir- birilə çox yaxındır, 
lakin tam eyni deyildir. Belə ki, incəsənət bədii dəyərlər yaratmağa 
yönələn fəaliyyət, bədii istehsaldır. Estetik şüur isə bu fəaliyyəti nəzəri 
qiymətləndirir, beləliklə də onun ictimai əhəmiyyətini artırır. Həm də 
göstərilməlidir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   525   526   527   528   529   530   531   532   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin