474
prinsiplər
sosial gerçəkliyin normativ mənasını ifadə edən anlayışlar
(ədalət, ictimai ideal, həyatın mənası)
şəxsiyyətin inkişafı
səviyyəsini
ifadə edən anlayışlar (borc, məsuliyyət, şərəf, ləyaqət).
1
Yuxarıda göstərilən bütün formalar öz mahiyyətinə görə insanların
davranışına verilən tələblərdir. Bu tələblər ən ümumi xarakter daşıyır,
ümumbəşəri məzmuna malikdir.
Əxlaq normaları hüquqi normalardan fərqli olaraq qanunun
gücünə arxalanmır
. Hüquqi sanksiya məcburi xarakter daşıdığı halda
əxlaqi normaların qorunması, mənəviyyata, ictimai rəyin gücünə əsaslanır.
Digər tərəfdən, əxlaqi normaların tətbiq sahəsi daha genişdir. Belə ki, on-
lar hüququn bilavasitə aid olmadığı dostluq, yoldaşlıq
və sevgi
münasibətlərini də tənzim edirlər.
Insanın əxlaqında cəmiyyət qarşısında və özü qarşısında məsuliyyət
hissi əsas yeri tutur. Buradan günahı anlamaq və peşimançılığı etiraf
etmək şüuru yaranır. Insanlar öz qarşılıqlı
münasibətlərində əxlaq
normalarını əldə rəhbər tuturlar. Bu normalar yazılmamış qanunları ifadə
edir, çünki hamı ona tabedir. Əxlaq normaları təkcə cəmiyyətin insanlara
verdiyi tələblər deyildir. Bunlarda həm də insanların hərəkətləri bəyənilir
və ya mühakimə olunur.
Əxlaq həm də müəyyən
Dostları ilə paylaş: